• şənbə, 20 Aprel, 15:20
  • Baku Bakı 23°C

UEFA Millətlər Liqasının növbəti oyunları keçirilib

08.09.18 09:30 831
UEFA Millətlər Liqasının növbəti oyunları keçirilib
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib.
Trend-in məlumatına görə, "A" Liqasının 3-cü qrupunda İtaliya yığması Polşa yığmasını qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
"B" Liqasının 2-ci qrupunda Türkiyə Rusiyanı qəbul edib. Qonaqlar 1:2 hesabı ilə qalib gəlib.
"C" Liqasının 1-ci qrupunda Albaniya yığması İsrail yığmasını qəbul edib. Ev sahibi rəqibi üzərində minimal hesabla qələbə qazanıb - 1:0. Liqanın 4-cü qrupunda Litva Serbiyanı qəbul edib. Qonaqlar 0:1 hesabı ilə qalib gəlib. 4-cü qrupun digər oyunu Rumıniya və Monteneqro yığmaları arasında keçirilib. Oyun qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
"D" Liqasının 3-cü qrupunda Azərbaycan Kosovonu qəbul edib. Oyun 0:0 hesablı ilə yekunlaşıb. Qrupun digər oyununda Farer adaları Maltanı qəbul edib. Oyun 3:1 hesabı ilə yekunlaşıb.
banner

Oxşar Xəbərlər