• çərşənbə, 17 Aprel, 01:50
  • Baku Bakı 14°C

UEFA dəyişir, La Liqa rəhbəri etiraz edir

15.03.19 12:15 646
UEFA dəyişir, La Liqa rəhbəri etiraz edir
İspaniya La Liqasının rəhbəri Xaver Tebas UEFA-nı tənqid edib.
Kaspi.az xəbər verir ki, bir müddət əvvəl yayılan məlumata görə, UEFA Çempionlar Liqasının formatını dəyişmək istəyir. Avropanın ali futbol qurumu ÇL-in oyunlarının istirahət günlərində keçirilməsinə çalışır.
UEFA bununla da ÇL-in tamaşaçı auditoriyasını artırmaq niyyətindədir. Üstəlik, qurum 4 komandalı 8 qrupu da 8 komandalı 4 qrupla əvəz etməyi planlaşdırır. Bu plan isə La Liqanın rəhbərini qane etmir:
"UEFA müzakirələri bağlı qapılar arxasında aparır ki, başqaları onların dəyişikliklərindən xəbər tutmasın. Onların bu islahatları milli çempionatları təhdid altına salır. Bu model nəinki milli çempionatları, UEFA turnirlərini də gözdən salacaq. UEFA-da bu biznesdən baş çıxarmırlar”.
banner

Oxşar Xəbərlər