• çərşənbə axşamı, 16 aprel, 23:51
  • Baku Bakı 18°C

UEFA-dan “Qarabağ”a şans

29.08.13 17:50 1181
UEFA-dan “Qarabağ”a şans
UEFA Türkiyənin “Fənərbağça” klubunun əvəzinə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandanı püşk yolu ilə müəyyənləşdirəcək. Lent.az-ın məlumatına görə, Avropa futbol qurumu Avroliqanın “pley-off” mərhələsində uduzan komandalar arasından seçim etməli olacaq.
Püşkatma avqustun 30-da Bakı vaxtı ilə saat 12:00-da baş tutacaq və UEFA-nın rəsmi saytı ilə nümayiş etdiriləcək. “Pley-off” mərhələsində mübarizəni dayandıran komandaların adlarına isə bu gecə aydınlıq gələcək. Azərbaycan təmsilçisi Almaniya “Ayntraxt”ını üstələməyi bacarmasa, məhz UEFA-nın püşkatmasına ümid edəcək.
Qeyd edək ki, Avropa Liqasının “pley-off” mərhələsində 30 cüt var.
banner

Oxşar Xəbərlər