• cümə axşamı, 28 mart, 19:36
  • Baku Bakı 13°C

UEFA Azərbaycanla ermənilərin qarşılaşmasına imkan vermədi

18.12.13 14:38 1361
UEFA Azərbaycanla ermənilərin qarşılaşmasına imkan vermədi
19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin 4-cü qrupunun tərkibində UEFA-nın qərarına əsasən dəyişiklik edilib. Milli.Az AFFA-ya istinadən xəbər verir ki, müvafiq yaş qrupundan ibarət Azərbaycan yığmasının mübarizə aparacağı bu qrupdan Ermənistan yığması çıxarılıb. Bu komandanın əvəzinə 4-cü qrupda Sloveniya yığması mübarizə aparacaq.
Beləliklə, 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək ilkin seçmə mərhələdə yığmamız Slovakiya, Macarıstan və Sloveniya komandaları ilə mübarizə aparacaq.
banner

Oxşar Xəbərlər