• cümə, 29 Mart, 05:14
  • Baku Bakı 7°C

UEFA Azərbaycan klublarına pul payladı

12.12.13 18:12 1250
UEFA Azərbaycan klublarına pul payladı
Azərbaycan klublarının cari mövsüm üçün avrokuboklarda çıxışı ilə əlaqədar UEFA tərəfindən AFFA-ya 1 milyon 415 min avro məbləğində vəsait köçürülüb.
AFFA xəbər verir ki, "Neftçi" PFK-ya ölkə çempionu olduğu üçün 200 min, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində çıxış etdiyinə görə 175 min, "İnter" PİK və "Xəzər Lənkəran" FK Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə apardığı üçün hər iki kluba 250 min, "Qarabağ" FK-ya isə Avropa Liqasının play-off mərhələsində iştirak etdiyinə görə 540 min avro məbləğində vəsait ayrılıb.
Qeyd olunmuş pul vəsaitləri AFFA tərəfindən müvafiq olaraq klubların hesabına köçürülüb.
banner

Oxşar Xəbərlər