• cümə, 19 Aprel, 17:22
  • Baku Bakı 25°C

UEFA “Ayaks”ın sayılmayan qolu ilə bağlı bəyanat yaydı

14.02.19 11:53 556
UEFA “Ayaks”ın sayılmayan qolu ilə bağlı bəyanat yaydı
Çempionlar Liqasının 1/8 finalında "Ayks”la "Real” arasında keçirilən ilk qarşılaşmada Amsterdam klubunun futbolçusu Nikolas Talyafikonun qolu qeydə alınmayıb.
Kaspi.az xəbər verir ki, sloveniyalı hakim Dario Skomina VAR sistemindən istifadə edərək, qolu qeydə almayıb. Bu da geniş müzakirələrə səbəb olub. UEFA məsələ ilə bağlı bəyanat yayıb:
"Qarşılaşmanın 38-ci dəqiqəsində Talyafikonun vurduğu qol VAR sistemindən yararlandıqdan sonra qeydə alınmadı. Hakim belə qərara gəldi ki, Talyafikonun həmklubu Duşan Tadiş oyundankənar vəziyyətdə olub. O, qapıçının önünün kəsərək, onun topa toxunmasının qarşısını alıb. Qolun qeydə alınmamsı düzgün qərardır”.
VAR sistemindən Çempionlar Liqasında ilk dəfə istifadə olunur. Qarşılaşma "Real”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb
banner

Oxşar Xəbərlər