• cümə, 29 Mart, 20:00
  • Baku Bakı 14°C

UEFA Avropa Liqasının final oyununa 200 gün qalıb

11.11.18 17:39 672
UEFA Avropa Liqasının final oyununa 200 gün qalıb
Düz200 günsonra56 klubuniştirak etdiyi nüfuzlu turnirin –UEFA Avropa Liqasınınhəlledici oyununda 2 komandaBakı Olimpiya Stadionunda(BOS) üz-üzə gələcək.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropanın BOS görüşündə futbolsevərlər qrup mərhələsində hələ ki yüksək nəticə göstərən "Çelsi”, "Arsenal” və "Milan”, eləcə də "Sevilya”, "Marsel”, "Latsio”, "Beşiktaş”, "Fənərbaxça”, MOİK, "Zenit” kimi əfsanəvi klublardan yalnız ikisinin qarşılaşmasını izləmək imkanı qazanacaqlar.
Tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərinə məsul olanAFFAilk dəfə olaraq özünün könüllülər proqramını təqdim edəcək. Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.
Noyabrın 21-də isə final oyununa özəl hazırlanmışwww.finalbaku2019.comsaytında "Road to Baku” – "Bakıya aparan yol” adlı oyun layihəsi işə düşəcək. UEFA Avropa Liqasının tarixini yaxşı bilirsinizsə, o zaman qaliblər sırasında olacaqsınız. Çünki oyun çərçivəsində 1971-1972 mövsümündən başlayaraq bugünədək Liqa, eləcə də milli futbolumuzun tarixində baş vermiş mühüm hadisələrlə bağlı maraqlı suallar təqdim olunacaq.
Avropa Liqası təkcə futbol zövqü yaşatmır, həm də qazandırır.www.finalbaku2019.comsaytında artıq iki aydır ki futbolsevərlərin ixtiyarına verilmiş xüsusi layihəyə əsasən, təxminlərinə güvənənlər Avropa Liqasının 2018/2019 mövsümü ərzində keçiriləcək oyunların hesablarını qeyd edirlər. Ümumi xal hesabında ilk yeri tutan hər ayın qalibinə Azərbaycan milli komandasının futbol geyimi, Avropa Liqasında iştirak etmiş klubların imzalı oyun köynəkləri, xüsusi suvenirlər və ya Avropa Liqasının rəsmi topu hədiyyə edilir. Bugünədək yarışmada 2000-dən çox iştirakçı qeydiyyatdan keçib. Yarışmanın əsas mükafat fondu 2000 manatdır.
Final oyununu izləməyə gələn azarkeşlər üçün də maraqlı proqramlar nəzərdə tutulub. Bakı bulvarında qurulacaq və minlərlə azarkeşin ürəyincə olacaq fan-zona 25-29 mayda fəaliyyət göstərəcək. Bundan əlavə, İntellektual Oyunlar üzrə Kubokun, Avropa Liqasının tarixi, əfsanəvi futbolçular və komandalarla bağlı əşyaların nümayiş etdiriləcəyi irimiqyaslı "Hall of Fame” adlı tədbirin təşkili, eləcə də şəhərimizin müxtəlif nöqtələrində tədbir və oyunların keçirilməsi nəinki futbol azarkeşlərini, hər kəsi Liqanın bir hissəsinə çevirəcək.
Futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçün nəzərdə tutulan futbol üzrə kiber çempionatın təşkili isə insanları finala qədər həyəcanda saxlayacaq və hər kəsi futbol bayramı ətrafında toplayacaq.
Bundan əlavə,25-27 may tarixlərindəBakıda dünya futbol ulduzlarının iştirakı ilə"Speaker Panel”tədbiri keçiriləcək.
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib. Media nümayəndələri, eləcə də futbol həvəskarları Avropa Liqası, həmçinin keçiriləcək tədbirlər və yarışlar ilə bağlı rəsmi məlumatlarıwww.finalbaku2019.comsaytından əldə edə bilərlər.
Bundan əvvəlBakıda keçiriləcək Avropa Liqasının final oyununun təhlükəsizliyi ilə bağlı iclaskeçirilib.
banner

Oxşar Xəbərlər