• cümə, 29 Mart, 10:48
  • Baku Bakı 5°C

UEFA Avropa Komissiyası ilə anlaşdı

22.02.18 11:10 554
UEFA Avropa Komissiyası ilə anlaşdı
UEFA ilə Avropa Komissiyası arasında Avro-2020 ilə bağlı imzalanmış müqavilə yenilənib və genişləndirilib.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı UEFA-nın saytı yayıb. Yeni müqavilə hər iki təşkilatın, Avro-2020 də daxil olmaqla, bir çox sahələrdə yaxından əməkdaşlıq etməsini planlaşdırır. UEFA prezidenti Aleksandr Çeferin məsələ ilə bağlı açıqlama verib:
"UEFA və Avropa Komissiyası idmanın sosial dəyərlərini təbliğ etmək, ədalət və həmrəylik prinsiplərinə hörmət etmək arzusundadır. Komissiya, UEFA-nın rəqabət qabiliyyətliliyini artırmaq və futbolda idarəetmənin yaxşılaşdırılmasına dair öhdəliyini dəstəkləyir. Biz futbolu təşviq etmək və inkişaf etdirmək məqsədi ilə birlikdə işləyirik”.
banner

Oxşar Xəbərlər