• cümə, 29 Mart, 18:27
  • Baku Bakı 14°C

UEFA araşdırır, PSJ qorxuda, “Real” pusquda

15.11.18 10:53 788
UEFA araşdırır, PSJ qorxuda, “Real” pusquda
UEFA PSJ-yə qarşı yeni araşdırmaya başlayıb.
Kaspi.az xəbər verir ki, "Football Leaks” saytının açıqladığı yeni faktlardan sonra UEFA-nın maliyyə komitəsi araşdırma aparılması ilə bağlı qərar verib. Araşdırmaların ilkin mərhələsindən sonra PSJ-nin qaydaları pozduğu ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlum olub ki, Qətər kompaniyasının bağladığı müqavilələrdə göstərilən rəqəmlə PSJ-nin aldığı vəsait arasında 37 faizlik fərq var.
Müqaviləyə əsasən, əsas sponsor olan Qətərin turizm şirkətindən gələn gəlir 100 milyon avro təşkil etməli idi. Ancaq PSJ cəmisi 50 milyon avro alıb. İlkin araşdırmalardan sonra məlum olub ki, mövsüm ərzində PSJ-nin zərəri 84 milyon avroya yaxındır. Bu da maliyyə feyr-pleyinin ciddi şəkildə pozulmasıdır.
UEFA bu qan un pozuntusuna görə, PSJ-ni Çempionlar Liqasından xaric edə bilər. Artıq Paris klubunda bu təhlükə ciddi qəbul edilir və onu önləmək üçün plan qurulur.
Bunun üçün rəhbərlik hücum xəttinin liderlərindən birini satmaq niyyətindədir. Bu futbolçu ya Neymar, ya da Mbappe ola bilər. Bəzi məlumatlara görə, klub rəhbərliyi Neymarı komandada saxlamağı, Mbappeni satmağı düşünür. Artıq "Real” situasiyanı nəzərə alaraq, hərəkət keçib. "Kral klubu” həm Neymarın, həm də Mbappenin xidmətində maraqlıdır.
Mbappe 2017-ci ildə "Real”ın təklifini qəbul etməyərək, "Monako”dan PSJ-yə keçmişdi.
banner

Oxşar Xəbərlər