AZE | RUS | ENG |

“Çudo Peçka”ya tort bişirmək qadağan edildi

“Çudo Peçka”ya tort bişirmək qadağan edildi
"Çudo Peçka" MMC-də və bu firmaya məxsus ticarət şəbəkələrində bir sıra kulinariya məmulatları, dönər və biskvitli kremli ballı xamalı tortun istehsalı və satışı qadağan edilib. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 36 ünvanında fəaliyyət göstərən "Çudo Peçka" MMC-də və bu firmaya məxsus ticarət şəbəkələrində aparılmış araşdırmaların yekunu olaraq bir sıra məhsulun istehsalı və satışı qadağan edilib. Belə ki, müəssisəyə məxsus istehsal sexlərində aşkar olunmuş nöqsanlar səbəbindən "Standartlaşdırma haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları haqqında" qanunlara əsasən bir sıra kulinariya məmulatları (ət və ciyər peraşkisi, mimoza, şuba salatları, ət qiyməsi ilə blinçik və s.), dönər və biskvitli kremli ballı xamalı tortun istehsalı və satışı qadağan edilib. Eyni zamanda, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228.0.3, 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən inzibati qaydada protokol tərtib edilib və cərimə tətbiq olunub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917