• cümə axşamı, 25 aprel, 10:42
  • Baku Bakı 14°C

Ucarda yanğınla nəticələnən qəza baş verib

01.05.17 10:00 1180
Ucarda yanğınla nəticələnən qəza baş verib
Ucar rayonu, Müsüslü kəndində vətəndaşlara məxsus "Hyundai" markalı minik avtomobili ilə "Kamaz” markalı yük avtomobilinin toqquşmasından yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın nəticəsində "Hyundai” markalı minik avtomobilinin qabaq buferi və salonu yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər