• cümə, 29 Mart, 16:14
  • Baku Bakı 14°C

Uca həqiqətin işığı

08.05.14 10:06 1457
Uca həqiqətin işığı
“...Bu dünyaya çox dahilər gələcək
Hər kəs Heydər irsini öyrənəcək,
Bütün dünya bu sözləri deyəcək :
-Bir insan yaşadı, yaratdı, getdi ”.
Əlibala Ağayev

Səndən yazmaq istəyirəm... Bütün bədənimi silkələyən, özümün də baş çıxara bilmədiyim hisslər tüğyanında çabalayıram. Bu nə hissdi, bu nə duyğudu? Göydən gələn səsdimi, ündümü, vəyhdimi? Mən Sənə “Sən”,- deyə müraciət edirəm... Allaha müraciət edilən kimi? Özüm- özümə məəttəl qalmışam, bu nə arzudur, bu nə riskdi məndə yarandı Səndən yazmaq?...
Mən kiməm ki, Səndən yazım?... Səndən yazmaq Allahdan yazmaq qədər çətin və şərəflidir! Sən bu Yer üzünə bəxş olunan Göy oğlusan! Sənin hansı məziyyətlərindən danışım ki, heç olmasa sənin bir zərrə qüdrətinə layiq olsun ?!. Təfəkkürün hansı dərin qatlarına enim ki, Sənin milyardda bir bəşər övladına xas olmayan qeyri-adiliyindən heç olmazsa bir damcısını izah edə bilim?! Sən mənim üçün göylər qədər sirli, kainat qədər ehtişamlısan..!
Sən, Allah tərəfindən göylərə qaldırılmış seçilmiş Peyğəmbər misallı Tanrı övliyasısan !
Sən, Tanrı fövqündə duran qeyri-adi kənar, dahiliyin təfəkkür dünyasının daha dərin qatlarına enmiş düha sahibisən!..
Sən Tarixsən, Sən Vətənsən, Sən İlham Əliyev atasısan!
Sənin yaşın 91 deyil , 9001-di, bəlkə də 9000000-du! Yox, dünya bina olandan Sən varsan, dünya durduqca da duracaqsan !
Neçə illər bundan qabağın xatirəsi, ürəyimdə yuva kimi, heç vaxt yaddan çıxmayan yaddaş kimi, beynimdə həkk olunub.
Mən onda Səni lap yaxından gördüm!
Azərbaycan Yazıçılar İttifaqının Qurultayı idi. Onda Sən Azərbaycandan kənarda yaşayırdın.
Yığıncağın şirin yerində dedilər ki, Heydər Əliyev gəldi.
Hamıda bir dirçəliş yarandı, heyrətə qarışmış bir məhəbbətlə birgə, izahı mümkün olmayan nəzərlər Sənə dikildi. Gəlib bizə yaxın cərgədə oturdun. Mən dönüb Sənə baxdım. Elə bil ki, bir haraya, çağırışa, “ünə” baxdım. İlahi, mən ömrümdə işıqla, nurla dolu elə gözlər görməmişdim. Gözlərindən axan işıq seli məni məndən aldı. Bu işıq seli Günəş şüaları kimi isti, ilıq, həm də nüfuzedici idi. Onda, elə o andaca mən bütün ürəyimlə hiss etdim ki, Sən insanlar arasına göndərilən, Yer planetində öz missiyasını, peyğəmbərlik missiyasını yerinə yetirməyə layiq görülən Göy oğlusan...
Sənin qamətin, baxışın, duruşun, deyimin, geyimin, qeyri-adi idi. Qeyri-adiliyin qırmızı xəttindən daha ucada dururdu.
Hərdən Sənə aid yazıları oxuyanda qəlbimdə bir ehtiraz, üsyan hissi yaranır. Axı, Səni belə adi sözlərlə xarakterizə etmək olmaz.
Sən, idrakın bütün çalarlarını özündə cəmləşdirən bütöv bir xaraktersən. Sən dünya ilə, bütün bəşəriyyətlə, kainatla vəhdətdə olan bizim ağlımız, şüurumuzun dərk edə bilmədiyi, təfəkkürün süzgəcindən keçirə bilmədiyimiz heyrətamiz, ilahi bir qüvvə, ilahi bir qüdrətsən. Heç özüm də bilmirəm, Səni yaxından gördüyüm andan mənim qəlbimdə niyə Sənə qarşı belə doğmalıq, yaxınlıq, istək yarandı?.. Mən sanki başqa bir dünyada, bir ilahi insanı ziyarət etmişəm. Hər şey mənə yuxu kimi gəlirdi. Mən bu məhəbbəti, bu doğmalığı Yerdən, Göydən, çiçəkdən, otdan, bir sözlə hər şeydən qısqanclıqla gizlədib ürəyimin ən dərin guşəsində “Heydər Əliyev” heykəlini yaradıb, onun qarşısında hər an səcdəyə durdum. Hamıdan gizlətdim bu istəyi. Qorxdum ki, bu istəyi kimsə alar..
Sənin nurun, Sənin işığın, adi insanlara xas olmayan qüdrətin məni belə nəticəyə gətirdi ki, əslimizi, kökümüzü, ulularımız olan Od Ərlərin insan zəkasına sığmayan, “uca həqiqət” adlanan tək-tək şüurlu xüsusiyyətləri Səndə cəmləşib. Elə ona görə Od Ər dililə adın “Ey Od” Ər-di, yəni “uca həqiqətin işığı”. Biz bu həqiqət qarşısında baş əyirik!..
Ey Od Ərə - Heydər Əliyevə
Hər an Səni ana-ana,
Göy üzünə boylana-boylana,
Oyana,oyana ,
Yana-yana, qana-qana
Ha çalışdım,
Ha alışdım,
Ha vuruşdum: Səni olduğun kimi,
Göy oğlu tək doğulduğun kimi –
Öyəmmədim.
Sən Tanrının adısan,
Torpağımın odusan - deyəmmədim.
Adı naməlum planet kimi ,
Kəşf olunmamış möcüzəydin ...
Yaxın düşmək olmurdu orbitinə,
Mat qalmışam sənə.
Cazibə tək dəfetmən də ilahidir.
Hamısı Tanrı fövqündə ,
Göydən gələn səsdə, ündə.
Sən Tanrı fövqündə olan insan,
Ödər kimi, Öndər kimi qalan insan.
Sən göydə, mən yerdə,
Düşdüm çarəsi olmayan dərdə.
Şüurum orbitinin ətrafında,
Dolaşa-dolaşa,
Ürəyimdə sənə olan məhəbbətim
Daşa-daşa,
Döndüm orbitin ətrafında peykə,
Elə fırlana-fırlana
Çevrildim kütləsi olmayan yükə.
Səni öyəmmədim,
Səni Sən tək öymək üçün,
Sözlərimin arasında,
Fikirlər sırasında,
Bir söz tapıb deyəmmədim.
Yer dili köməyimə gəlmədi,
Yer dili Səni Sən tək,
Bir həqiqət, bir gerçək, bir düha tək,
Ərlər içində ər tək,
Kəşf eliyə bilmədim.
Üzümü tutdum göyə,
Göy dili, göy dili,- deyə-deyə
Kömək dilədim.
Göydən yerə nur ələndi,
Adın nura bələndi.
Nura qərq olundu,
Yollarım,izim, özüm,
Göydən bir ün eşitdim,
“ Vəla hövlə, Vəla qüvvətə, illa billahil əliyül- əzim ”.
Sən Tanrı fövqündə olan insan,
Sən yaddaşlarda
Ün, Ey Od Ər - uca həqiqətin işığı-
HEYDƏR kimi qalan insan.
Xəzangül Hüseynova
Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvü
banner

Oxşar Xəbərlər