• cümə axşamı, 28 mart, 20:56
  • Baku Bakı 13°C

UAGB Ukrayna Gənclər Forumunun İdarə Heyətinin üzvü olub

30.09.14 19:56 1221
UAGB Ukrayna Gənclər Forumunun İdarə Heyətinin üzvü olub
Ukrayna Gənclər Forumunun I Qurultayı və təşkilata rəhbər seçkisində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) nümayəndələri də iştirak edib.
2006-cı ildə təsis olunmuş Ukrayna Gənclər Forumunun əsas məqsədi Ukrayna gənclərin maraqlarını hökumətdə və beynəlxalq səviyyədə təmsil etmək üçün yerli gənclər təşkilatlarını birləşdirməkdir. Hazırda Forumu tərkibində UAGB də daxil olmaqla 66 gənclər təşkilatı var.
Forumun I Qurultayında UAGB-nin yeni sədri İlhamə Allahverdiyeva da çıxış edib. O, ukraynalı gənclərin vahid hərəkatını yaratmaq üçün Ukrayna gənclər təşkilatlarının birliyinin əhəmiyyətini vurğulayıb. Təşkilat rəhbəri bildirib ki, bu amil Ukrayna Gənclər Forumunun gələcək fəaliyyətində ana xətt olmalıdır. İlhamə Allahverdiyeva öz növbəsində rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə fəal əməkdaşlığa, Ukraynada gənclər siyasətinin formalaşmasında iştirak etməyə və təşkilatın 4 illik sabit fəaliyyəti zamanı qazandığı iş təcrübəsini bölüşməyə hazır olduğunu bildirib. Çıxışının sonunda İlhamə Allahverdiyeva təşkilatın yeni rəhbərinə uğurlar arzulayıb.
Tədbirdə açıq səsvermə yolu ilə Stanislav Kutsenko Ukrayna Gənclər Forumunun rəhbəri seçilib. Daha sonra qurumun İdarə Heyətinin 25 təşkilatdan ibarət yeni tərkibi müəyyənləşib. Səsvermənin nəticələrinə görə UAGB 36 təşkilat arasından 8-ci yeri tutaraq təşkilatın İdarə Heyətinin tərkibinə daxil olub. Ukrayna Gənclər Forumunun rəhbərliyində UAGB-ni təşkilatın İdarə Heyətinin üzvü Aysel Nağıyeva təmsil edəcək.
Kaspi.az
banner

Oxşar Xəbərlər