• cümə axşamı, 18 aprel, 10:46
  • Baku Bakı 12°C

U-19 Avropa çempionatının qalibi müəyyənləşib

30.07.18 09:00 535
U-19 Avropa çempionatının qalibi müəyyənləşib
19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, finalda İtaliya ilə Portuqaliya görüşüb. Matçınəsas vaxtı bərabərliklə (2:2) yekunlaşdığından qalibi əlavə vaxtda müəyyən etmək mümkün olub.
Azarkeşlərin ümumilikdə 7 qola şahidlik etdiyi qarşılaşma portuqaliyalıların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
İtaliya millisinin heyətində Moyze Kin dubl edib, bir qolu isə Skamakka rəqib qapısından keçirib. Portuqaliya yığmasının qollarınıisə Joau Filippe (2), Fransişku Trinkau və Pedro vurub.
banner

Oxşar Xəbərlər