AZE | RUS | ENG |

U-18 voleybol millisinin baş məşqçisi: "Rusiya ilə oyunda belə bir nəticənin olacağını gözləmirdik"

U-18 voleybol millisinin baş məşqçisi:
"Rusiya millisi çox güclüdür və onlarla qarşılaşmada belə bir nəticənin olacağını gözləmirdik".
Bunu "Report”un Şərqi Avropa bürosuna açıqlamasında Avropa Çempionatının (AÇ) II seçmə mərhələsinin ilk oyununda Rusiya millisinə 3:0 hesabı ilə məğlub olan Azərbaycanın qızlardan ibarət U-18 voleybol millisinin baş məşqçisi Vüqar Əliyev deyib.
O əlavə edib ki, Rusiya ilə oyun voleybolçularımız üçün çox gözəl təcrübədir:
"Oyunöncəsi qızlarla görüşdüm, onlara sərbəst oynamağı tapşırdım. Amma təəssüflər olsun ki, qızlar öz oyunlarını oynamadılar. Əlbəttə bu bir oyundur və nəticə də belə alındı. Onu deyim ki, həqiqətən millimizin oyun təcrübəsi çox azdır. İldə 2 dəfə yarışlara qatılırıq. Əsas odur ki, burada biz təcrübə əldə edirik”.
Baş məşqçi onu da bildirdi ki, bu gün Portuqaliya ilə qarşılaşacaq komanda meydana yalnız qələbə üçün çıxacaq.
"Yığma bu gün qrupda keçirilən (13 yanvar - red.) Portuqaliya-Rumıniya qarşılaşmasını izlədi. Portuqaliya ilə oyunda çalışacağıq ki, gözəl oyun nümayiş etdirərək qələbə qazanaq. Hazırkı vəziyyəti qızlarımız da başa düşür. Oyunöncəsi komanda ilə bir daha mövcud çatışmazlıqları çalışacağıq ki, həll edib aradan qaldıraq”, - deyə V.Əliyev qeyd edib.
Bu gün Bakı vaxtı ilə saat 17:00-da Azərbaycan millisi Portuqaliya ilə üz-üzə gələcək. Qarşılaşma Rumıniyanın Ploieşti şəhərinin "Olimpiya” idman mərkəzində keçiriləcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056