Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərlə görüş keçirilib

Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərlə görüş keçirilib

Təfsilat
23 May 2019, 13:00 184
"Azərbaycan ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin müvafiq ölkələr üzrə rəhbərləri, o cümlədən Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin departament rəhbərinin müavini cənab Bruno Kurval, Litvanın Araşdırma və Ali Təhsilin Monitorinq və Analiz Mərkəzinin direktoru cənab Qedrüs Vilünas, Tvinninq layihəsinin müşaviri xanım Liza Baydanova və Latviyanın  Akademik Məlumat Mərkəzinin direktoru xanım Baiba Ramina Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fuad Tağızadə iştirak ediblər.
Qonaqları salamlayan rektor, professor Cəfər Cəfərov universitetdə həyata keçirilən islahatlar, yeniliklər, layihələr haqqında və qarşıda duran vəzifələr barəsində ətraflı məlumat verib.
Görüşdə layihənin ali təhsil müəssisələrinin inkişafında rolu və Avropa təhsil sisteminə inteqrasiya istiqamətində atılan addımlar, eləcə də qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Qonaqlar dəvətə görə təşəkkürlərini bildirib, mövcud əlaqələrin genişləndirilməsini dəstəkləyərək, birgə əməkdaşlığın gələcək inkişafına əmin olduqlarını qeyd ediblər.