Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərlə görüş keçirilib
"Azərbaycan
ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin müvafiq
ölkələr üzrə rəhbərləri, o cümlədən Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar
Mərkəzinin departament rəhbərinin müavini cənab Bruno Kurval, Litvanın
Araşdırma və Ali Təhsilin Monitorinq və Analiz Mərkəzinin direktoru cənab
Qedrüs Vilünas, Tvinninq layihəsinin müşaviri xanım
Liza Baydanova və Latviyanın Akademik Məlumat
Mərkəzinin direktoru xanım Baiba Ramina Azərbaycan Dövlət Pedaqoji
Universitetində (ADPU) olublar. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov,
Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə
prorektoru Nigar Abbaszadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fuad Tağızadə
iştirak ediblər.
Qonaqları salamlayan rektor, professor Cəfər Cəfərov universitetdə həyata keçirilən islahatlar, yeniliklər, layihələr haqqında və qarşıda duran vəzifələr barəsində ətraflı məlumat verib.
Görüşdə layihənin ali təhsil müəssisələrinin inkişafında rolu və Avropa təhsil sisteminə inteqrasiya istiqamətində atılan addımlar, eləcə də qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Qonaqlar dəvətə görə təşəkkürlərini bildirib, mövcud əlaqələrin genişləndirilməsini dəstəkləyərək, birgə əməkdaşlığın gələcək inkişafına əmin olduqlarını qeyd ediblər.