• çərşənbə axşamı, 23 aprel, 15:49
  • Baku Bakı 24°C

Tövbə etdi və Maradonadan üzr istədi

20.02.18 12:29 811
Tövbə etdi və Maradonadan üzr istədi
"Napoli”nin yarımmüdafiəçisi Lorentso İnsinye maraqlı etirafla gündəmə gəlib.
Kaspi.az xəbər verir ki, İnsinye uşaqlıq sevgisi ilə bağlı danışıb və Argentina futbolunun əfsanəsi Dieqo Maradonadan üzr istəyib. O, atasından da bağışlanmasını xahiş edib:
"Mən Allahdan üzr istəməklə başlamaq istəyirəm. O Allah isə Dieqo Maradonadı. Bundan sonra isə atamdan məni bağışlamağı xahiş edirəm. Çünki mən 8 il günah işlətmişəm.
Yenicə futbolla məşğul olmağa başlayanda ancaq və ancaq R9 butsularından istəyirdim. Bu butsuları fenomen Ronaldo geyinirdi. Atama ancaq bunu deyirdim: "Xahiş edirəm, mənə Ronaldonun butsularından al”.
Atamın isə bəyəndiyi bir futbolçu vardı, o da Maradona idi. Maradona bütün dünyada əfsanə, Neapolda isə Allah hesab olunurdu. Atam mənə sadə qara butsular almaq istəyirdi. Hansı ki, Maradona geyinirdi.
Mən onun oyununu görməmişdim, çox gənc idim və atama deyirdim ki, səhvə yol verirsən, Ronaldo ən yaxşıdır.
Bağışla, ata, bağışla, Dieqo. Böyük hörmət bəslədiyim Ronaldo, mən artıq böyümüşəm və tövbə etməliyəm. Maradona dünyanın ən böyük futbolçusudur”.
banner

Oxşar Xəbərlər