• cümə, 19 Aprel, 10:50
  • Baku Bakı 13°C

TV və radio işləməyəcək - Hansı günlərdə?

21.01.19 15:15 538
TV və radio işləməyəcək - Hansı günlərdə?
Azərbaycanda 2019-cu il üçün efir məkanında kompleks profilaktika işlərinin ilkin qrafiki hazırlanıb.
Bu barədə Trend-ə teleradio yayımı bazarındakı mənbə məlumat verib.
Məlumata əsasən, bu il 4 kompleks profilaktikanın keçirilməsi nəzərdə tutulur. Profilaktika işləri martın 4-ü, iyunun 10-u, sentyabrın 16-ı və dekabrın 9-u keçiriləcək.
Qeyd olunur ki, hazırda qrafik teleradio şirkətləri ilə razılaşdırılma mərhələsindədir:
"Qrafik teleradio şirkətləri ilə razılaşdırılıb və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilib".
banner

Oxşar Xəbərlər