• çərşənbə, 24 Aprel, 15:56
  • Baku Bakı 27°C

Tuxel Neymarı artist adlandırdı

21.05.18 13:10 701
Tuxel Neymarı artist adlandırdı
PSJ-nin yeni baş məşqçisi Tomas Tuxel Neymar barədə danışıb.
Kaspi.az xəbər verir ki, Tuxel Neymarı artistə bənzədib. O, belə futbolçulara xüsusi diqqət göstərməyin vacib olduğunu vurğulayıb:
"Artistlər xüsusi insanlardı. Onlara əlahiddə diqqət göstərmək vacibdir. Ümumi prinsiplər bunu diktə edir.
Onunla ötən bazar günü görüşmüşəm. Hər şey yaxşı oldu. O, artistdir, xüsusi futbolçudur, dünyanın ən yaxşılarından biridir”.
Mətbuatın iddiasına görə, Neymar "Real”la keçmək niyyətindədir. Bu məsələ ilə bağlı braziliyalının atasının agent Dini Zahava ilə görüşdüyü də bildirilir. Zahava Neymarın "Barselona”dan PSJ-yə keçidini təşkil etmişdi.
Neymarın "Real”a transferinin 250 milyon avroya başa gələcəyi iddia edilir.
banner

Oxşar Xəbərlər