• çərşənbə axşamı, 16 aprel, 21:16
  • Baku Bakı 18°C

Tütün və tütün məmulatlarının reklamı qadağan edilir

25.06.13 14:19 1555
Tütün və tütün məmulatlarının reklamı qadağan edilir
Azərbaycanda tütün və tütün məhsullarının, hətta bunlar haqqında məlumatların reklamı bütün hallarda ölkə ərazisində qadağan edilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu yeni hazırlanmış “Reklam haqqında” qanunda əksini tapıb.
Yeni qanunun 28-ci maddəsində deyilir ki, tütün, tütün məlumatları və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı bütün hallarda qadağandır.
Qanun layihəsi Milli Məclisi növbədənkənar sessiyasının növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər