AZE | RUS | ENG |

Tütün qadağası ilə bağlı dəqiq parametrlər müəyyənləşdirilə bilər

Tütün qadağası ilə bağlı dəqiq parametrlər müəyyənləşdirilə bilər
Gələcəkdə "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunda teatrda, kinoda, efir məkanında bu məsələnin məhdudlaşdırılmasının hüdudları ilə bağlı dəqiq parametrlər müəyyənləşdirilə bilər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ötən sessiyada "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı müzakirələr keçirilib: "Bununla bağlı bizim çox ciddi düzəlişlərimiz var. Bunlar ilkin mərhələdə müzakirə də edilərək onun qəbul edilməsi ilə bağlı qərar da qəbul edilmişdi. Sonra subyektiv mülahizələrə görə onlar kənara qoyuldu. Düşünürəm ki, o məsələlərə yenidən qayıdılacaq. Burada təklif edilən dəyişikliklər obyektiv səbəblərdən irəli gəlirdi, real vəziyyəti əks etdirirdi. Məsələlərə daha realist yanaşmaq lazımdır, sonradan ortaya çıxan məsələlər nəzərə alınmalıdır”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.631
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2177
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1838
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5906
TRY 1 1 Türkiyə lirəsi 0.2949