Tütçev və Tolstoy
L.N.Tolstoyun
sözlərinə görə, onlar Fyodor Tütçevlə (1803–1873) həyatda ən uzağı on dəfə
görüşə biliblər. Amma daxili, mənəvi doğmalıqları iki dahi insanı bir-birinə möhkəm bağlamışdı.
Tolstoyla Tütçevin son görüşü şairin ölümündən iki il əvvəl 1871-ci ilin avqustunda, qatarda olub.
N.N.Straxova (rus filosofu, publisist, ədəbi tənqidçi – 1828–1896) yazdığı
məktubunda bu təsadüfi görüşü təsvir edən Tolstoy etiraf edir: "Mən Sizdən
və ondan başqa eyni cür düşündüyüm və eyni cür hiss etdiyim başqa bir adam
tanımıram".
Tütçevin "poetik sevgi romanıyla" Lev Tolstoyun "Anna Karenina" romanının özünəməxsus doğmalığından əminliklə söz açmaq olar. Janr baxımdan tam fərqli olan bu əsərləri klassik rus ədəbiyyatının real həqiqətlərinin yeni kriteriyaları birləşdirir. Ənənəvi sevgi romanının və poetik silsilənin əsasını kübar cəmiyyətin əxlaq qanunlarına qarşı çıxan bir qadının faciəsi təşkil edir.
"...dodaqları və gözləri arasında oynayan təbəssümüylə...”
"...üzündə yaranan gah təbəssümünə, gah da baxışlarına yansıyan canlanma, bəzən ciddi, bəzən də ki, kədərli gözləri adamı heyrətləndirərək özünə cəzb edirdi..."
"...gözləri sevincdən parıldayırdı və təbəssümü dodaqlarını büzürdü. O, sanki bu sevinc əlamətlərini gizlətməyə çalışırdı, amma onlar özü-özünə onun üzünə yansıyırdı".
"...gözlərindəki titrəyən, qaynayan parıltı, dodaqlarını özündən asılı olmayaraq qaçıran xoşbəxtlik təbəssümü, həyəcan..."
"...Anna gülümsəyirdi. Və bu təbəssüm ona da yansıyırdı".
"...sanki üzünün ətrafında qanad çalan təbəssüm..."
Tütçev də xanım qəhrəmanının cazibədar portretində onun məhz dodaqlarındakı və gözlərindəki təbəssümünü təsvir edir. Buna diqqət etməmək mümkün deyil:
"Sənin gözlərini sevirəm, dostum!
Gözlərini – alov kimi yanan!
Qəfil qaldıranda
bir anlıq ətrafa baxan..."
"Niyə gözlərinin yaşı belə,
bürünüb kədərə, qəmə..."
"Dodaqlarında təbəssüm, gözlərində parıltı..."
"Qadın gözlərinin və dodaqlarının parıltısı...!
"Mən baxışlarını tanıdım, həmin o baxışlarını!
Necə dəlicə sevirdim, bilir bircə ulu Tanrı!
Tolstoy romanın ikinci hissəsində Kareninanın tamam başqa bir portretini çəkir. Bu, artıq başqa bir Annadır. Sanki gücdən düşmüş, ruhdan düşmüş bir Anna:
"...O, Annaya çiçəyi gözəlliyinə görə qoparıb solduran, sonra da onda həmin gözəlliyi güc-bəla ilə görən bir adam kimi baxırdı".
"...Kimdir o? – qəribə parıltılı gözlərlə vahimə içində güzgüdən ona baxan xəstəhal üzünü görüb Anna düşündü! – Hə, bu mənəm, – birdən başa düşdü. Özünə güzgüdə başdan-başa baxaraq birdən onun öpüşlərini hiss etdi və diksinərək çiyinlərini tərpətdi".
Ehtirasın kor çağında
Qəlbə əziz olanı
Məhv edirik!
Zəfərinlə öyünərək,
Deyirdin ki, o mənimdir..
Heç bir il də keçməyib
Soruş nə qalıb indiyə?!
Hara itib qızılgüllər
Təbəssüm, gözündə işıq?
Göz yaşları yuyub-aparıb
Daha heç nə qalmayıb...
...Onun ovuclarına başın əyildi
Bir ana kimi qayğına qaldı...
Sözlər dildə dondu, nəfəs kəsildi –
Yuxun sakit və şirin baldı...
Tostoyun romanın beşinci hissəsində belə bir gözəl məqam gözdən yayınmır. Anna oğlu Seryojanın gizli gəlişindən sonra şəkillərə baxdığı səhnə var. Münaqişənin inkişafı üçün bu mühüm epizodda qəhrəmanın daxili aləmi sanki ikiləşir. Onun daxilində ürəkparçalayan, bir-birinin əksində dayanan iki düşmən başlanğıc dayanır: Ana və məşuqə. Bu, Annanı son dərəcə faciəvi sonluğa gətirib çıxaran dərin faciəsinə ilkin işarə idi:
Tütçevin qəhrəmanı onun üçün keçmiş xoşbəxtliyini, gəncliyində artıq ötən hadisələri özündə cəmləyən köhnə məktubları gözdən keçirir. Əlinə alıb oxuduğu hər bir məktub ona geriyə qayıtmayacaq hər hansısa bir xoş xatirəsini yadına salır. Keçmişindəki həyatı ona elə gözəl, elə sevimli görünür ki... əksinə, indi həyatı ona çox ağır, qaramat və əlacsız kimi görünür.
O döşəmədə oturmuşdu,
Məktublara baxırdı.
Soyumuş kül kimi
Əlinə alıb, atırdı.
Doğma kağızları götürüb
Uçurumdan atılan canlara
Ruhlar aşağıdan baxantək
Qərib-qərib baxırdı.
Burda bir neçə ömür var
Bir də geri qayıtmayan!
Nə qədər kədərli anlar,
Sevgi, məhv olan sevinc!..
Mən kənarda dayanmışdım
Ayaqlarına hazırdım düşəm.
Birdən çox kədərləndim
sanki yanımda bir kölgə var.
Burada ümumi olan əmələ görə peşmanlıq hissi deyil. Öz gücsüzlüyündən, həmişəlik ötüb-keçən günləri qaytara bilməmək düşüncəsindən, daha doğrusu, onların içindən ən dəyərlilərini bu günə gətirə bilməməkdən doğan dəhşət hissidir. Belə, məşuqə-Anna Vronskinin sevgisi olmadan oğlunun yanında və eyni zamanda da ana-Anna Vronski ilə birgəliyindən xoşbəxt olsa da, Seryojadan ayrı əzab çəkir. Və Anna üçün çox dəyərli və vacib olan bu iki varlığı birləşdirə bilmədiyinə görə özünü çox bədbəxt hiss edir. Çarəsizliyin faciəvi notları hadisələr cərəyan etdikcə əlacsız qalan qadının vahiməli qışqırıqlarında daha möhkəm və daha sərt hiss olunmağa başlayır:
"...mən həyatın əzaba dönməyəcəyi elə bir vəziyyət düşünə bilmirəm. Hər birimiz əzab çəkmək üçün doğulmuşuq. Biz bunu bilirik və buna baxmayaraq, özümüzü aldatmaq üçün vasitələr axtarırıq. Bəs gerçəklərlə üzbəüz qalanda nə edəsən?"
Bu, "gerçəklə" üzləşən və özünü aldatmaq istəməyən Annanın dərin kədəri, demək olar ki, fiziki ağrıları Tütçevin bir şerində cəmlənib.
Təpədəki tüstü əlçatmaz
Sürünən kölgə tutulmaz.
Ay işığında parlayan tüstü yox,
O tüstüdən qaçan kölgə –
Ömrümüzdür, dedin mənə!
Tüstüdən qaçan kölgə – həyat! Bu çox qorxulu simvoldur. Anna anladı ki, kabus dalınca qaçmaq olmaz. Və birinci dəfə dayandı və geriyə – keçdiyi yola baxanda boşluq gördü. Gözəl qadın olan Annanın həyatı ömrünün və gücünün çiçəklənən bir dövründə öz dirəyini itirdi. Tutunmağa heç nəyi yoxdur və o dayanmadan enir. Həyatı da onun arxasınca enir.
sevir, üstümdə əsir...
Xeyir! O həyatımı məhv edir
Əlindəki bıçaq titrəyir...
Gah qəzəbdə, gah kədərdə
Gah göz yaşımın giləsində
parça-parça olur qəlbim...
Mən ki ömrü yaşamıram,
Yaşayıram bir onunla...
Budur həyat! Zəhər kimi!
İnternet materialları əsasında hazırladı: Xanım Aydın
Bildiyimiz kimi, Tolstoyun bütün ömrü boyu dünyaya
baxışı bir neçə dəfə dəyişilib. O, "Anna Karenina" romanını 1873-cü
ilin yazında yazmağa başlamışdı. Həmin dövrlərdə Tolstoyun daxili aləmi,
xüsusilə, Tütçevin fəlsəfi əhval-ruhiyyəsinə yaxın idi. Şair haqqında Tolsotyun
belə bir fikri də mövcuddur: "Məncə, Tütçev şair kimi birincidir! Sonra
Lermontov, ondan sonra da Puşkin gəlir... Tütçevi oxumağı unutmayın! Onsuz
yaşamaq mümkün deyil! Puşkinin gücü, mənim fikrimcə, başlıca olaraq onun
prozasındadır... Tütçevsə lirik kimi Puşkindən müqayisə olunmayacaq dərəcədə
dərindir".
Lev
Tolstoy sənətdə, ədəbiyyatda geniş şəkildə qəbul olunmuş adlar heç vaxt qəbul
etmirdi. Uşaqlıqdan özü bu cür adamları kəşf etməyi bacarırdı. Bəzən isə, hətta
həmsöhbətini qəti səsləndirdiyi fikirlərilə təəccübləndirirdi: "Şeir
yazmaq yer şumlamaq və kotanın arxasında rəqs etmək kimi bir şeydir, bu sözə
qarşı hörmətsizlikdir". Lakin bu sözləri deyən adam həm də Tütçevin
"Silentium"-nu oxuyub ağlayan adamdır. Onun çağdaşlarından biri haqlı
olaraq deyirdi: Tolstoy yaxşı olan hər hansı bir şeyi sevməyə bilərdi, amma
onun sevdiyi hər bir şey yaxşı idi.Keçək "Anna Karenina” romanıyla
F.Tütçev lirikasının oxşar cəhətlərinə.
Romanın
əsasını təşkil edən Anna Kareninanın faciəvi taleyi əvvəldən ta axıracanTütçevin
XIX əsrdin 50–60-cı illərini əhatə edən poeziyasındakı lirik qəhrəmanın sevgi tarixçəsini eyniylə
təkrar edir. Sözsüz ki, burada şairin öz taleyi də az rol oynamayıb.
Milliyyətcə alman olan Ernestina Pfeffel-Dörnberqlə artıq on ildən çox evli
ola-ola o, sovet gözəli Yelena Aleksandrovna Denisova aşiq olmuşdu. Və
poeziyasının 50–60-cı illərini tam olaraq ona həsr etmişdi.Tütçevin "poetik sevgi romanıyla" Lev Tolstoyun "Anna Karenina" romanının özünəməxsus doğmalığından əminliklə söz açmaq olar. Janr baxımdan tam fərqli olan bu əsərləri klassik rus ədəbiyyatının real həqiqətlərinin yeni kriteriyaları birləşdirir. Ənənəvi sevgi romanının və poetik silsilənin əsasını kübar cəmiyyətin əxlaq qanunlarına qarşı çıxan bir qadının faciəsi təşkil edir.
Yazıçı
üçün ən çətin işlərdən biri portreti yarada bilməkdir. Biz obrazın reallığına
nə qədər inana biliriksə, qəhrəmanın əməllərini nə qədər çox hiss ediriksə,
duya, dərk edə biliriksə müəllifin də istedad dərəcəsi bir o qədərdir.
Tolstoy
romanın birinci hissəsi uzunu Annanı təsvir edərkən bir xarakterik detalı –
onun gülüşünü müxtəlif şəkildə göstərir. Onun təbəssümü üzündə tam görünməyərək
gah gözlərində titrəyir, gah dodaqlarının küncündə gizlənir. Bu cür ancaq həyat
dolu, sevgi dolu, yalnız bir anın xoşbəxtliyi ilə yaşayan Anna gülə bilərdi:"...dodaqları və gözləri arasında oynayan təbəssümüylə...”
"...üzündə yaranan gah təbəssümünə, gah da baxışlarına yansıyan canlanma, bəzən ciddi, bəzən də ki, kədərli gözləri adamı heyrətləndirərək özünə cəzb edirdi..."
"...gözləri sevincdən parıldayırdı və təbəssümü dodaqlarını büzürdü. O, sanki bu sevinc əlamətlərini gizlətməyə çalışırdı, amma onlar özü-özünə onun üzünə yansıyırdı".
"...gözlərindəki titrəyən, qaynayan parıltı, dodaqlarını özündən asılı olmayaraq qaçıran xoşbəxtlik təbəssümü, həyəcan..."
"...Anna gülümsəyirdi. Və bu təbəssüm ona da yansıyırdı".
"...sanki üzünün ətrafında qanad çalan təbəssüm..."
Tütçev də xanım qəhrəmanının cazibədar portretində onun məhz dodaqlarındakı və gözlərindəki təbəssümünü təsvir edir. Buna diqqət etməmək mümkün deyil:
"Sənin gözlərini sevirəm, dostum!
Gözlərini – alov kimi yanan!
Qəfil qaldıranda
bir anlıq ətrafa baxan..."
"Niyə gözlərinin yaşı belə,
bürünüb kədərə, qəmə..."
"Dodaqlarında təbəssüm, gözlərində parıltı..."
"Qadın gözlərinin və dodaqlarının parıltısı...!
"Mən baxışlarını tanıdım, həmin o baxışlarını!
Necə dəlicə sevirdim, bilir bircə ulu Tanrı!
Tolstoy romanın ikinci hissəsində Kareninanın tamam başqa bir portretini çəkir. Bu, artıq başqa bir Annadır. Sanki gücdən düşmüş, ruhdan düşmüş bir Anna:
"...O, Annaya çiçəyi gözəlliyinə görə qoparıb solduran, sonra da onda həmin gözəlliyi güc-bəla ilə görən bir adam kimi baxırdı".
"...Kimdir o? – qəribə parıltılı gözlərlə vahimə içində güzgüdən ona baxan xəstəhal üzünü görüb Anna düşündü! – Hə, bu mənəm, – birdən başa düşdü. Özünə güzgüdə başdan-başa baxaraq birdən onun öpüşlərini hiss etdi və diksinərək çiyinlərini tərpətdi".
Tütçevin "Biz necə ifrat
sevirik..." şeirində xanım
qəhrəmanın yeni təsvirlərini görürük. Şair sevgilisinin kədərində özünü
günahkar bilir və buna görə də vicdan əzabı çəkir:
Biz
necə ifrat sevirikEhtirasın kor çağında
Qəlbə əziz olanı
Məhv edirik!
Zəfərinlə öyünərək,
Deyirdin ki, o mənimdir..
Heç bir il də keçməyib
Soruş nə qalıb indiyə?!
Hara itib qızılgüllər
Təbəssüm, gözündə işıq?
Göz yaşları yuyub-aparıb
Daha heç nə qalmayıb...
Maraqlısı
da budur ki, "Anna Karenina a” ybu
özünəməxsus poetik açarı Tyutçev Tolstoydan dördə bir əsr əvvəl yazıb.
Anna
Kareninanın keçirdiyi hisslər zahiri təəssüratları və ən başlıcası daxili
xarakteriylə o qədər Tütçevin lirik qəhrəmanına yaxındır ki, onların ümumi bir
obrazı yaranmağa başlayır. Bu da nəhəng bir poeziyanı və eyni zamanda da nəhəng
bir prozanı doğurur. Tolstoyun və Tütçevin yaratdığı obrazlarda həyatının
naməlum bir etapına keçəndən sonra (bu
başqaları üçün utanc və cinayət, onun üçünsə yeganə çıxış yolu idi) sınmış,
əzilmiş bir qadının keçirdiyi dəhşət,
daxili hissləri olduqca eynidir:"...Onun səsi yüksəldikcə başını daha
da aşağı əyirdi. Bir vaxtlar məğrur, şən, indiysə utanc içində olan başını. Və
o oturduğu divandan əyilib ayaqlarına
düşürdü. Xalçanın üstünə də düşərdi, əgər onu tutmasaydı... Dizlərinin üstünə
çömbəlib oturdu ki, üzünü görə bilsin... Amma o üzünü gizlədir və heç bir kəlmə
də olsun, danışmırdı.
Həmin o mürəkkəb daxili hissləri Tütçev
"Necə nəzakətlə” şeirində təsvir edib:...Onun ovuclarına başın əyildi
Bir ana kimi qayğına qaldı...
Sözlər dildə dondu, nəfəs kəsildi –
Yuxun sakit və şirin baldı...
Tostoyun romanın beşinci hissəsində belə bir gözəl məqam gözdən yayınmır. Anna oğlu Seryojanın gizli gəlişindən sonra şəkillərə baxdığı səhnə var. Münaqişənin inkişafı üçün bu mühüm epizodda qəhrəmanın daxili aləmi sanki ikiləşir. Onun daxilində ürəkparçalayan, bir-birinin əksində dayanan iki düşmən başlanğıc dayanır: Ana və məşuqə. Bu, Annanı son dərəcə faciəvi sonluğa gətirib çıxaran dərin faciəsinə ilkin işarə idi:
"...O, stolun üstündən oğlunun müxtəlif
illərdə çəkilmiş şəkilləri olan albomunu götürdü... Hamısını içindən çıxartdı.
Ancaq biri – ən gözəli qaldı. O, ağ ködəkçədədir, stulda oturub, gözlərini
qıyıb və gülür. Bu, onun ən gözəl üz ifadəsi idi. İndi çox gərgin olan, balaca,
bacarıqlı barmaqlarıyla şəklin uclarına toxunurdu. O, şəkli çıxarda bilmirdi.
Qayçı stolun üstündə yox idi. Və o yanında olan başqa şəkillə (bu, Vronskinin
Romada çəkilmiş, dairəvi şlyapada, uzun saçlı şəkli idi) oğlunun şəklini
itələyib çıxartdı."
Anna
öz daxili ağrılarını Dolliyə deyirdi:
"...mən,
deyəsən, hər ikisini də – Seryojanı da, Alekseyi də eyni dərəcədə və həm də
özümdən çox sevirəm... Və məni biri
digərindən məhrum edir. Mən onları
birləşdirə bilmirəm".Tütçevin qəhrəmanı onun üçün keçmiş xoşbəxtliyini, gəncliyində artıq ötən hadisələri özündə cəmləyən köhnə məktubları gözdən keçirir. Əlinə alıb oxuduğu hər bir məktub ona geriyə qayıtmayacaq hər hansısa bir xoş xatirəsini yadına salır. Keçmişindəki həyatı ona elə gözəl, elə sevimli görünür ki... əksinə, indi həyatı ona çox ağır, qaramat və əlacsız kimi görünür.
O döşəmədə oturmuşdu,
Məktublara baxırdı.
Soyumuş kül kimi
Əlinə alıb, atırdı.
Doğma kağızları götürüb
Uçurumdan atılan canlara
Ruhlar aşağıdan baxantək
Qərib-qərib baxırdı.
Burda bir neçə ömür var
Bir də geri qayıtmayan!
Nə qədər kədərli anlar,
Sevgi, məhv olan sevinc!..
Mən kənarda dayanmışdım
Ayaqlarına hazırdım düşəm.
Birdən çox kədərləndim
sanki yanımda bir kölgə var.
Burada ümumi olan əmələ görə peşmanlıq hissi deyil. Öz gücsüzlüyündən, həmişəlik ötüb-keçən günləri qaytara bilməmək düşüncəsindən, daha doğrusu, onların içindən ən dəyərlilərini bu günə gətirə bilməməkdən doğan dəhşət hissidir. Belə, məşuqə-Anna Vronskinin sevgisi olmadan oğlunun yanında və eyni zamanda da ana-Anna Vronski ilə birgəliyindən xoşbəxt olsa da, Seryojadan ayrı əzab çəkir. Və Anna üçün çox dəyərli və vacib olan bu iki varlığı birləşdirə bilmədiyinə görə özünü çox bədbəxt hiss edir. Çarəsizliyin faciəvi notları hadisələr cərəyan etdikcə əlacsız qalan qadının vahiməli qışqırıqlarında daha möhkəm və daha sərt hiss olunmağa başlayır:
"...mən həyatın əzaba dönməyəcəyi elə bir vəziyyət düşünə bilmirəm. Hər birimiz əzab çəkmək üçün doğulmuşuq. Biz bunu bilirik və buna baxmayaraq, özümüzü aldatmaq üçün vasitələr axtarırıq. Bəs gerçəklərlə üzbəüz qalanda nə edəsən?"
Bu, "gerçəklə" üzləşən və özünü aldatmaq istəməyən Annanın dərin kədəri, demək olar ki, fiziki ağrıları Tütçevin bir şerində cəmlənib.
Təpədəki tüstü əlçatmaz
Sürünən kölgə tutulmaz.
Ay işığında parlayan tüstü yox,
O tüstüdən qaçan kölgə –
Ömrümüzdür, dedin mənə!
Tüstüdən qaçan kölgə – həyat! Bu çox qorxulu simvoldur. Anna anladı ki, kabus dalınca qaçmaq olmaz. Və birinci dəfə dayandı və geriyə – keçdiyi yola baxanda boşluq gördü. Gözəl qadın olan Annanın həyatı ömrünün və gücünün çiçəklənən bir dövründə öz dirəyini itirdi. Tutunmağa heç nəyi yoxdur və o dayanmadan enir. Həyatı da onun arxasınca enir.
Tütçev
bu cür tam daxili məhvolmanı qeyri-adi
şəkildə fiksə edib. Bu məhvolmada həyat daha heç tüstü də deyil. O tüstü heç
olmasa arada bir ay işığında parıldayır və illüziyaya salır. Şüursa insanı
boğur: həyat, sadəcə, bir ilğımdır, kölgədən qaçan tüstü, reallıq – bütün
bunlar gözəl arzulardan uzaqlaşdırır. Bunu dərk edəndə son ümidlər da dağılıb
gedir və faciəyə gətirib çıxarır. Tolstoyda da, Tütçevdə də biz ruhun
ölümqabağı halını görə bilirik:
Demə
ki, o məni əvvəlkitək,sevir, üstümdə əsir...
Xeyir! O həyatımı məhv edir
Əlindəki bıçaq titrəyir...
Gah qəzəbdə, gah kədərdə
Gah göz yaşımın giləsində
parça-parça olur qəlbim...
Mən ki ömrü yaşamıram,
Yaşayıram bir onunla...
Budur həyat! Zəhər kimi!
Şər qüvvələri qıcıqlandıran və faciə
ehtirasını azadlığa buraxan bir insan, özündən asılı olmadan bu ehtirasın
əsirinə və oyuncağına çevrilir. Bu uçuruma gözucu baxmaq belə təhlükəlidir.
Qoqolun qəhrəmanını uzaqgörən bir səs əbəs yerə xəbərdar etmirdi: "Baxma!”
Yoxsa itib-batarsan!
İnternet materialları əsasında hazırladı: Xanım Aydın