• çərşənbə axşamı, 19 mart, 06:08
  • Baku Bakı 8°C

“Türkologiya: reallıqlar, problemlər, perspektivlər” - Fotolar

20.05.19 15:56 510
“Türkologiya: reallıqlar, problemlər, perspektivlər” - Fotolar
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Türkologiya: reallıqlar, problemlər, perspektivlər” Respublika elmi konfransı keçirilib. Konfransda ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının alim-mütəxəssisləri, tanınmış ziyalılar, müəllim və tələbələr iştirak ediblər.

Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bizim bu gün keçirdiyimiz respublika elmi konfransı türkologiya məsələlərinə həsr olunub. Ölkəmizdə türkologiya ilə bağlı müxtəlif tədbirlər keçirilir. Türkologiya elmi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki türkologiya elmi türk xalqlarının birliyini özündə ehtiva edir. Türkologiya elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. İnanıram ki, konfransın həm plenar iclasında, həm də bölmə iclaslarında aparılan müzakirələr bu sahədə olan ən son yeniliklərin ortaya qoyulmasına və qarşıda duran vəzifələrin müəyyən edilməsinə müsbət təsir edəcək.

Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova "Türkologiyanın aktual problemləri”, Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov "Türkologiyanın reallıqları və perspektivləri” mövzularında məruzələrlə çıxış ediblər. Geniş və maraqlı məruzələrdə qeyd edilib ki, türko­lo­ji düşünc­ə­nin ta­ri­xi qədim­dir. Azərbaycan dövləti türko­lo­ji mə­sə­lə­lə­rə böyük dəy­ər ve­rir. Türko­lo­ji fi­kir döv­lət siy­a­sə­ti­nin ma­hiyyə­tin­də day­a­nır. Müasir dövrümüzdə türkdilli xalqlar arasında sosial-iqtisadi, mədəni əlaqələr genişlənir, türkoloqlar tərəfindən dil sahəsindəki əlaqələrə vaxtaşırı nəzər salınır və inteqrasiyaya, umumtürk dilləri arasında uyğunlaşmaya və özünəqayıdışa güclü diqqət yetirilir. Son illər türkdilli xalqların arasında yüksələn xətlə inkişaf edən iqtisadi və siyasi-mədəni əlaqələr, mənəvi yaxınlaşma ortaq türk dili ideyasının gerçəkləşməsinə təkan verən amillərdən biridir. Türkdil­li xalq­lar­la əla­qə­lə­ri ge­niş­lən­dir­məyi za­man tə­ləb edir. Müasir türkologiyanın qarşısında dayanan əsas vəzifələr öz inkişaf tarixində müəyyən səbəblər ucbatından bir-birindən ayrılmış və uzaq düşmüş türk xalqlarının dillərinin oxşar və fərqli cəhətləri barədə çoxlu sayda aktual mövzuların müəyyənləşdirilməsi, milli, mədəni, siyasi və ideoloji baxımdan böyük önəm daşıyacaq bu mövzular üzərində elmi araşdırmaların aparılmasına istiqamət verilməsidir.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Nizami Xudiyev çıxış edərək türkologiyanın hərtərəfli inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

Sonra konfrans öz işini 3 bölmədə-Türk dillərinin fonetik, leksik, qrammatik quruluşu və müqayisəsi, Ortaq türk dili və əlifbası, Türk dillərinin tarixi və dialektləri bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 52 məruzə dinlənilib, müzakirə edilib, geniş fikir mübadiləsi aparılıb.

Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib, müvafiq qərarlar qəbul edilib.

banner

Oxşar Xəbərlər