• çərşənbə axşamı, 16 aprel, 12:18
  • Baku Bakı 19°C

Türkmənistandan Azərbaycana gələn bərədə terror aktının qarşısı alınıb

12.09.17 15:00 1381
Türkmənistandan Azərbaycana gələn bərədə terror aktının qarşısı alınıb
Avqustun 28-də Türkmənistanın xüsusi xidmət orqanları tərəfindən Türkmənbaşı şəhərinin limanında terror aktının qarşısı alınıb.

APA-nın "Türkmənistan xronikası" portalına istinadən verdiyi xəbərə görə, Türkmənistan vətəndaşı olan iki qardaş (ad və soyadları açıqlanmır) Türkmənbaşı-Bakı reysini yerinə yetirən "Bəxtiyar" adlı yük-sərnişin bərəsinə partlayıcı qurğu keçirməyə cəhd edib.

Bildirilir ki, qardaşlar müxtəlif yerlərə bilet alıb, partlayıcı qurğunu isə hissələr şəkilində ayrı-ayrılıqda keçirərək göyərtədə yığmağı planlaşdırıblar.

Məlumata görə, həmin gün bərədə 170-ə yaxın sərnişin, Türkiyə şirkətinə məxsus yük avtomobilləri və həmin şirkətin heyəti olub.

Qeyd edilir ki, xüsusi xidmət orqanları terror aktının törədiləcəyindən əvvəlcədən xəbər tutub.
banner

Oxşar Xəbərlər