AZE | RUS | ENG |

Türkmənistanda Birinci Xəzər İqtisadi Forumu keçirilməsinə hazırlıq gedir

Türkmənistanda Birinci Xəzər İqtisadi Forumu keçirilməsinə hazırlıq gedir
Türkmənistan 2019-cu ildə keçirilməsi nəzərdə tutulan VI Xəzər sammitinə və Birinci Xəzər İqtisadi Forumuna hazırlaşır.

AZƏRTAC Türkmənistanın TDH dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət səviyyəsində müvafiq təşkilat komitəsi yaradılması barədə təkliflər hazırlanıb. Təşkilat komitəsinin əsas vəzifələri sırasına yuxarıda adları çəkilən beynəlxalq tədbirlərin keçirilməsinə hazırlıq, bütün lazımi məsələlərin vaxtında həll edilməsi, o cümlədən sammitin gündəliyinin, imzalanması nəzərdə tutulan sənədlərin layihələrinin, habelə Birinci Xəzər İqtisadi Forumunun konsepsiyasının hazırlanması məsələləri daxildir.

Prezident Qurbanqulu Berdiməhəmmədov hökumətin iclasında bildirib ki, Xəzər regionunun əhəmiyyəti onun hüdudlarından çox-çox kənara çıxır. Region geosiyasi və geoiqtisadi proseslərin strateji mərkəzlərindən birinə çevrilir, burada qlobal səviyyəli multimodal nəqliyyat-tranzit qovşağı formalaşır. Bu da öz növbəsində, yaxın və uzaq perspektivə hesablanmış əməkdaşlığın əsas istiqamətlərinin gerçəkləşdirilməsi, nüfuzlu beynəlxalq təşkilatlar və bütün əlaqədar tərəfdaşlarla konstruktiv dialoqu möhkəmlətmək məqsədilə Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsini tələb edir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN