• şənbə, 20 Aprel, 02:24
  • Baku Bakı 15°C

Türkmənistan TAPİ qaz boru kəmərinin çəkilişi üçün avadanlıqlar alır

01.02.20 09:00 1046
Türkmənistan TAPİ qaz boru kəmərinin çəkilişi üçün avadanlıqlar alır
"Türkmengaz” şirkəti Malayziyanın "SerbaDinamikSdn.Bhd” şirkəti ilə Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz boru kəmərinin Türkmənistan hissəsinin tikintisi üçün lazımi avadanlıqların, o cümlədən qaz ölçmə stansiyası üçün avadanlıq dəstinin alınması üçün müqavilə bağlayacaq.
AZƏRTACxəbər verir ki, bundan başqa, Türkmənistan Dövlət Elektrik Enerji Korporasiyası "Türkmenenergo” yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi, Axal-Balkan və Balkan-Daşoğuz stansiyalarının tikintisi üçün lazımi avadanlıq, material və nəqliyyat vasitələrinin alınması məqsədilə xarici şirkətlərlə müqavilələr imzalayacaq.
Bu müqavilələr Türkmənistanın enerji potensialının daha da inkişafına, həmçinin resurslarının beynəlxalq bazarlara çıxarılmasına imkan verəcək.

banner

Oxşar Xəbərlər