• cümə axşamı, 25 aprel, 09:15
  • Baku Bakı 14°C

Türkmənistan səfiri: "Bu il əlaqələri inkişaf etdirmək üçün böyük planlar var"

24.01.18 13:40 703
Türkmənistan səfiri: "Bu il əlaqələri inkişaf etdirmək üçün böyük planlar var"
"Türkmənistan və Azərbaycan arasında əlaqələr bütün sahələrdə çox yüksək səviyyədədir və bu əlaqələr güclənməkdə davam edir".
APA-nın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Türkmənistanın Azərbaycandakı səfiri Məkan İmankuliyev deyib. O bildirib ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun Azərbaycana səfəri və imzalanan sənədlər paketi bu əlaqələrin daha da inkişafı üçün böyük stimul olub: "Bu il üçün əlaqələri inkişaf etdirmək üçün böyük plan və perspektivlər var. Əlaqələrimizdə müsbət dinamika hiss olunur".
Səfir ötən il imzalanan Lapis Lazuri layihəsi barədə də danışaraq qeyd edib ki, layihə ilə bağlı tərəflər arasında ümumi razılaşma, istək var: "Qalanı zaman məsələsidir. Düşünürəm ki bu layihə yaxın gələcəkdə reallaşacaq".
M. İmankuliyev ölkəsinin nəqliyyat sahəsinin inkişafına böyük önəm verdiyini vurğulayaraq ötən il dekabrın 20-də Türkmənistanın təşəbbüsü iləBMTBaş Assambleyasında "Dayanıqlı inkişaf sahəsində məqsədlərə çatılması üçün nəqliyyatın bütün növləri arasında əlaqələrin möhkəmlənməsi" haqqında qətnamənin qəbul edildiyini söyləyib. Onun sözlərinə görə, bu sahədə böyük potensiala malik Türkmənistan bir sıra nəhəng regional və beynəlxalq layihələrin təşəbbüskarı qismində çıxış edir.
banner

Oxşar Xəbərlər