AZE | RUS | ENG |


Türkmənistan prezidenti Bakıda Avropaya qaz nəqlini müzakirə edəcək

Türkmənistan prezidenti Bakıda Avropaya qaz nəqlini müzakirə edəcək
Bu gün Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana ikigünlük rəsmi səfəri başlayır.
 
"APA-Economics” qonşu ölkənin mətbuatına istinadən xəbər verir ki, Türkmənistan prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevlə müzakirə edəcəyi məsələlərdən biri sənaye-energetika və nəqliyyat sahələrində əməkdaşlığın genişləmdirilməsidir. "Tərəflər Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya nəqlinin mümkünlüyünü müzakirə edəcəklər. Bununla yanaşı, Xəzər dənizində sərnişin və yük dövriyyəsinin artırılması da müzakirə olunacaq məsələlər arasındadır”, - deyə mətbuat yazır.
 
Danışıqlar zamanı Xəzərin hüquqi statusuna dair fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.
 
Görüşün yekununda bir sıra ikitərəfli sənədin imzalanması nəzərdə tutulub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001