• cümə axşamı, 25 aprel, 05:09
  • Baku Bakı 19°C

Türkmənistan Belarusu beynəlxalq məhkəməyə verib

13.03.19 19:31 521
Türkmənistan Belarusu beynəlxalq məhkəməyə verib
Belarusla Türkmənistan arasında münasibətlər məhkəmə müstəvisində həllini tapacaq. Yaxın vaxtlarda mərkəzi qərargahı Stokholmda yerləşən Beynəlxalq Arbitraj Məhkəməsi Türkmənistanın Belarusa qarşı qaldırdığı iddianı nəzərdən keçirəcək. Aşqabad Minski Qarlıq kalium kompleksinin inşası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb. Belarus tərəfinə həmçinin dəyən maddi ziyan barədə də məlumat verilib. Müstəqil mənbələr qeyd edirlər ki, Belarus geoloqlarının günahı ucbatından yaşanan problem türkmənlərə baha başa gəlib. Türkmənistanın Belarusa qarşı iddialarının Stokholm Ticarət Palatası yanında Arbitraj Məhkəməsində baxılacağı xəbəri türkmən internet-resurslarında yayılıb. Belarus tərəfi vəziyyəti şərh etməyib. Türkmən tərəfindən mübahisədə "Türkmənkimya”, Belarus tərəfdən isə "Belqorkimyasənaye” çıxış edir. "Türkmənkimya” iddia edir ki, Belarus tərəfi müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Aşqabad belarusların görülməyən işlərinin uzun siyahısını təqdim edib: "İlk növbədə dağ-mədən işləri, bundan əlavə inşa və elektrotexniki işlər həyata keçirilməyib. Havatəmizləmə, aspitrasiya qurğularının qurulması ilə bağlı işlər də görülməyib. Türkmən tərəfi onu da bəyan edir ki, belaruslar lazımı olan avadanlığı təqdim etməyiblər. Eləcə də vəd olunan ehtiyat hissələri də çatdırılmayıb. Aşqabadda qeyd edirlər ki, yaranmış vəziyyət türkmən tərəfinin sifarişçiyə olan etibarının itməsinə gətirib çıxarır.
Türkmən tərəfinin yaydığı xəbərə görə, Belarusun üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ona gətirib çıxarıb ki, kompleks yataqları işləməyə hazır olmayıb. Bu da planlaşdırılan həcmdə kalium istehsal etməyə imkan verməyib. Türkmən hökuməti bəyan edib ki, dəyən ziyan milyonlarla dollar həcmində ölçülür. İddialarda o da qeyd edilir ki, işlərin başa çatmaması istehsal təhlükəsizliyinə səbəb ola bilər. Bu da öz növbəsində çoxsaylı insan ölümünə gətirib çıxara və ciddi iqtisadi ziyan vura bilər. Bütün bu itkiləri türkmən tərəfi Belarusa təqdim edib. Lakin qarşı tərəfdən hər hansı bir reaksiya daxil olmayıb. Xatırladıq ki, bu layihə başlananda Belarus inşaatçılarının qələbəsi, onların peşəkarlığı və ustalığının nəticəsi kimi göstərmişdi. "Türkmənistan istehsal, kalsium gübrələri məsələsində hər zaman Belarus üçün tərəfdaş qismində olub. Biz hər zaman qarşılıqlı maraqlar tapa bilərik”, - deyə Belarus baş nazirinin müavini Anatoli Kalinin bildirib. Belarus tərəfi Qarlıq kombinatı üçün ali təhsilli 176 mütəxəssis hazırlaması ilə qürurlanır. Onların 60 nəfəri "Belaruskalium” müəssisəsində hazırlıqdan keçib. Nəzərdə tutulurdu ki, 2020-ci ilə kimi ali təhsil almaq üçün Belarusa daha 40 nəfər göndərilsin. 2017-ci ilin mart ayında Aleksandr Lukaşenko və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov kombinatın işə salınması ilə bağlı təntənəli mərasimdə iştirak ediblər. Lakin az sonra rəsmi və qeyri-rəsmi xəbərlərdə tərəfdaşlar arasında hansısa problemlərin yarandığı hiss olunub.
Belarus prezidenti bu yaxınlarda bildirib ki, Qarlıq dağ-zənginləşdirmə kombinatının inşası ilə bağlı pulların verilmədiyindən xəbər tutub. Vəsait isə 150 mln. dollar təşkil edir. Bu ilin noyabr ayında belə bir xəbər yayıldı ki, türkmən tərəfi Belarus texnikasını girov kimi saxlayıb. Söhbət yük maşınları, buldozerlər və avtokranlardan gedir. Bütövlükdə saxlanılan texnikanın dəyəri 7 mln. dollardır. Qarlıq kombinatının inşası ilə bağlı müqavilənin ümumi dəyəri 1 mlrd. dollardır. İnşa işlərini 14 Belarus və 22 türkmən podratçı şirkəti aparıb. 3 minə yaxın insanın çalışdığı meydançada 124 obyektin inşası nəzərdə tutulurdu. İnşa işləri üç il ərzində başa çatdırılıb. Kombinatın il ərzində 1,4 mln. ton kalium istehsal etməsi nəzərdə tutulurdu - birinci il istehsalın gücü 350 min ton olmalı idi. Lakin bu plan hətta beş faiz də olsun yerinə yetirilmədi. Ötən ilin dekabrında istehsal faktiki gücün 2,3 faizini təşkil edib. Bununla belə, qeyri rəsmi mənbələr bildirilər ki, münaqişənin səbəbi tək Belarus inşaatçılarının yox, daha çox kalium ehtiyatlarının düzgün hesablanmaması ilə bağlı olub. Gözləntilər həddən atıq şişirdilmiş olub və plan da məhz bu səbəbdən yerinə yetirilməyib. Lakin istənilən halda, kimin haqlı olduğunu Stokholmdakı Arbitraj Məhkəməsi həll edəcək.


Azər
banner

Oxşar Xəbərlər