• cümə, 29 Mart, 09:43
  • Baku Bakı 5°C

Türklərin Ukrayna şübhəsi

04.09.17 16:35 1241
Türklərin Ukrayna şübhəsi
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutmuş Ukrayna - Türkiyə oyunundakı (2:0) hakim qərarları narazılığa səbəb olub.
Kaspi.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası matçın baş hakimi Fernandes Borbalan və köməkçilərinin işindən narazı qalıb. Federasiya ispaniyalı hakimlər briqadasının işi ilə bağlı FİFA-ya şikayət edəcək. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Xəbərdə şikayət ərizəsində ötən il Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutmuş "Dinamo” (Ukrayna) - "Beşiktaş” (Türkiyə) qarşılaşmasına (6:0) da yer veriləcəyi qeyd edilib.
Həmçinin, federasiyanın Ukrayna təmsilçilərinə qarşı oyunlarda qeydə alınmış hakim səhvlərini nəzərə alaraq, bu ölkənin ədalət qoruyucuları üzərində müəyyən təsirə malik olduğunu iddia etdiyi vurğulanıb.
Xatırladaq, ki Ukrayna - Türkiyə oyununda meydan sahiblərinin hər iki qolu qaydalar çərçivəsində vurulmayıb. Belə ki, ilk qolda Andrey Yarmolenko oyundankənar vəziyyətdə olub. İkinci qol zamanı isə Yevgeni Konoplyankanın ötürməsi zamanı top qapı xəttini tərk etmişdi.
banner

Oxşar Xəbərlər