AZE | RUS | ENG |


Türkiyəyə yatırılan xarici investisiyaların 7%-i Azərbaycanın payına düşür

Türkiyəyə yatırılan xarici investisiyaların 7%-i Azərbaycanın payına düşür
2017-ci ilin ilk yanvar-may ayları ərzində Türkiyə iqtisadiyyatına 3,634 mlrd. dollar məbləğində xarici investisiya yatırılıb ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 65% çoxdur.
 
"APA-Economics" Türkiyə Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, may ayında Türkiyə iqtisadiyyatına yatırılan xarici investisiyaların məbləği 1,5 dəfə artaraq 915 mln. dollara çatıb.

Türkiyə iqtisadiyyatına birbaşa investisiya yatıran ölkələr arasında İspaniya, Hollandiya, Qətər, Azərbaycan və Belçika ilk beşlikdə qərarlaşıb. Yanvar-may ayları ərzində İspaniya Türkiyə iqtisadiyyatına 969 mln. dollar yatırıb ki, bu da ümumi investisiya qoyuluşunun 27%-i deməkdir.

Rəqəmlərin təhlili göstərir ki, yatırımların 21%-i və ya 751 mln. dolları Hollandiyanın, 15%-i və ya 541 mln. dolları Qətərin, 7%-i və ya 270 mln. dolları Azərbaycanın, 6%-i və ya 210 mln. dollar isə Belçikanın payına düşür.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007