• cümə, 29 Mart, 13:50
  • Baku Bakı 14°C

Türkiyəyə “Patriot” raket sistemlərinin satışı dəstəklənib

19.12.18 15:00 602
Türkiyəyə “Patriot” raket sistemlərinin satışı dəstəklənib
ABŞ Dövlət Departamenti Türkiyəyə 3,5 milyard dollar dəyərində "Patriot” raket sistemlərinin satışını dəstəkləyib.
AZƏRTACInterfax informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə agentliyinin məlumatına əsasən, Türkiyəyə 80 "Patriot” raketi və 60 digər raket, həmçinin müvafiq avadanlıq və radar sistemlərinin satılmasına razılıq verilib.
Ağ ev administrasiyası bu qərarı barədə Konqresi rəsmən məlumatlandırıb. ABŞ-ın qanunvericilik orqanı indi 30 gün müddətində həmin hərbi sazişə dair öz qərarını qəbul etməlidir.
Türkiyə "Patriot” sistemlərinin satışına dair təklifdən iki dəfə - Çin komplekslərinin və S-400 sistemlərinin xeyrinə imtina etmişdi. Vaşinqton isə öz növbəsində Türkiyəni Rusiyadan S-400 raket-zenit kompleksləri almaqdan çəkindirməyə çalışmış, əks-təqdirdə ona F-35 qırıcı təyyarələri satmayacağı ilə hədələmişdi. Noyabrın sonlarında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin S-400 komplekslərindən imtina etməyəcəyini bir daha bildirmiş, bununla da məsələyə nöqtə qoyulmuşdu.
banner

Oxşar Xəbərlər