AZE | RUS | ENG |

Türkiyənin yeni baş naziri budur

Türkiyənin yeni baş naziri budur
Türkiyədə hakim partiyanın lideri və baş nazir kreslosuna əyləşəcək şəxsin adı bəlli olub.
 
APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarəetmə Şurasının toplantısı keçirilib.
 
Toplantıda partiyanın lideri vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılıb. 45 dəqiqə davam edən iclasda nəqliyyat, rabitə, dənizçilik naziri Binali Yıldırımın namizədliyi razılaşdırılıb. B. Yıldırım AKP-nin mayın 22-də keçiriləcək fövqəladə qurultayında AKP-nin sədri seçiləcək və baş nazir olacaq. 
 
B. Yıldırım 1955-ci ildə Türkiyənin Ərzincan vilayətində dünyaya gəlib. İstanbul Texniki Universitetini bitirib. İsveçdə Beynəlxalq Dənizçilik Təşkilatına aid Dünya Dənizçilik Universitetində ixtisasartırma kursu keçib. 1994-2000-ci illərdə İstanbul Bələdiyyəsinin Dəniz Avtobusları İdarəsinin baş direktoru vəzifəsində çalışıb. Siyasətə qoşularaq AKP sıralarından millət vəkili seçilib və 58-ci, 59-cu, 60-cı hökumətlərdə nazir vəzifəsində çalışıb. Evlidir, 3 övladı var. İngilis və fransız dillərini bilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219