• çərşənbə, 24 Aprel, 01:53
  • Baku Bakı 14°C

Türkiyənin vitse-prezidenti: ABŞ seçim etməlidir

04.04.19 09:45 555
Türkiyənin vitse-prezidenti: ABŞ seçim etməlidir
ABŞ Türkiyə ilə dostluq münasibətləri və terrorçuların dəstəklənməsi arasında seçim etməlidir.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay öz "Twitter" səhifəsində yazıb.
F.Oktay bildirib: "ABŞ seçməlidir: Onlar Türkiyənin müttəfiqi olaraq qalmaq və ya terror təşkilatları ilə əməkdaşlıq edərək və öz müttəfiqinin düşmanlara qarşı müdafiəsinə zərər yetirərək, bizim dostluğumuzu riskə atmaq istəyir?"
Qeyd edək ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens öz "Twitter" səhifəsində Türkiyəni NATO-nun təhlükəsizliyi və Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması arasında seçim etməyə çağırıb: "Türkiyə seçməlidir: Tarixdə ən uğurlu hərbi alyansın vacib tərəfdaşı olaraq qalmaq və ya bizim alyansı pozan düşünülməmiş qərarlar qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyini riskə atmaq istəyir?"
banner

Oxşar Xəbərlər