• cümə, 29 Mart, 11:21
  • Baku Bakı 5°C

Türkiyənin valyuta ehtiyatları azalır

04.01.17 16:48 1214
Türkiyənin valyuta ehtiyatları azalır
Türkiyə Mərkəzi Bankının (TMB) valyuta ehtiyatları dekabrın 17-dən 23-nə qədər davam edənhəftə ərzində1,6 mlrd. ABŞ dolları və ya 1,64% azalaraq 95,7 mlrd. dollara düşüb. Bu barədə "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir.
TMB-nin məcmu beynəlxalq ehtiyatları isə hesabat həftəsində 111,7 mlrd. dollardan 110,1 mlrd. dollara enib. Qurumun qızıl ehiyatlarının həcmi isə14,4 mlrd. dollar olaraq qalıb.
Qeyd edək ki, TMB-nin beynəlxalq ehtiyatları 5-ci həftədir ki, azalmaqdadır. Ən son noyabrın 28-də bitən hesabat həftəsində artım göstərərək 119,7 mlrd. dollara çatan ehtiyatlar o vaxtdan bəri9,6 mlrd. dollar və ya 8% azalıb.
banner

Oxşar Xəbərlər