• cümə, 29 Mart, 10:12
  • Baku Bakı 5°C

Türkiyənin snayper tüfəngini sərgidən oğurladılar - Parisdə

21.06.14 09:49 1010
Türkiyənin snayper tüfəngini sərgidən oğurladılar - Parisdə
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, silahın saxlanıldığı seyfin xüsusi açar istifadə edilməklə açıldığı və oğurlandığı bəlli olub. Hazırda polis faktla bağlı araşdırmalar aparır.
MKE yetkililərinin sözlərinə görə, silahı oğurlayan şəxsin ondan istifadəsi mümkün deyil. Sərgidə nümayiş etdirilən tüfəngin zərbə-tətik mexanizmi üzərindən çıxarılıb.
MKE tərəfindən istehsal edilən 7,62x51 mm çaplı «Bora-12» snayper tüfəngi hazırda Türkiyə və Azərbaycan Ordusunun silahlanmasında yer alır. Türkiyə mühəndisləri tərəfindən dizayn edilmiş silahın effektiv atış məsafəsi 1200 metr təşkil edir.
2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində də yer alan «Bora-12» vasitəsi ilə Azərbaycan hərbçiləri ilk dəfə 1150 metr məsafədəki hədəfi dəqiq atəşlə vurublar. Hazırda «Bora-12» Azərbaycan Ordusu tərəfindən cəbhə xəttində geniş tətbiq olunur.
Türkiyənin BMT Adi Silahlar Registrinə təqdim etdiyi məlumata görə, 2013-cü ildə MKE şirkəti tərəfindən Azərbaycana 100, İordaniyaya isə 3 ədəd JNG-90 «Bora-12» snayper tüfəngi satılıb.
banner

Oxşar Xəbərlər