• cümə axşamı, 25 aprel, 09:06
  • Baku Bakı 14°C

Türkiyənin siyasəti yəhudi xalqına qarşı deyil - Ərdoğan

26.07.14 10:10 1206
Türkiyənin siyasəti yəhudi xalqına qarşı deyil - Ərdoğan
Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, İsrailin fələstinlilərə qarşı təcavüzü ilə bağlı Ankaranın sərt siyasətini antisemitizm kimi qələmə vermək istəyən müəyyən qüvvələr var ki, bu da Türkiyədə yolverilməzdir.
Baş nazir qeyd edib ki, Türkiyədə yəhudilər yaşayırlar və onların hamısı ölkə vətəndaşlarıdır: "Türkiyədəki yəhudilər digər vətəndaşlar kimi dövlətin müdafiəsi altındadır".
Qeyd edək ki, rəsmi statistikaya əsasən, hazırda Türkiyədə 22 min yəhudi yaşayır.
R.T.Ərdoğan bəyan edib ki, İsrail Fələstin xalqına qarşı hərbi təcavüz həyata keçirdiyi bir vaxtda Ankara səssiz qalmayacaq: "Bəzi Qərb ölkələri İsrailin fəaliyyətinə göz yumurlar və bu, güman etməyə əsas verir ki, onlar da fələstinlilərə qarşı hərbi təcavüzün tərəfdarıdırlar".
Üstəlik, Baş nazir İsrailin fələstinlilərə qarşı fəaliyyətini nasistlərin yəhudi xalqına münasibətdə hərəkətləri ilə müqayisə edib: "İsrail regionda terrorçuluğu yayır".
banner

Oxşar Xəbərlər