Türkiyənin Şırnak vilayətində 5 terrorçu məhv edildi
Şırnakda PKK terror təşkilatına qarşı davam edən əməliyyatda beş terrorçu məhv edildi.
Yerli icra hakimiyyətindən verilən məlumata görə, Bestler Dereler bölgəsində 8 İyun tarixində başlanan Çavuş Mustafa Kozak əməliyyatı davam edir.
Hava hücumu nəticəsində atəşə məruz qalan 5 PKK terrorçusu məhv edildi. Ümumi əməliyyat zamanı zərərsizləşdirilən terrorçuların sayı 19-a çatdı. Bölgədə əməliyyat davam edir.