• cümə, 29 Mart, 18:52
  • Baku Bakı 14°C

Türkiyənin Samsun şəhərində 1919 metr uzunluğunda bayraqla yürüş keçirilib

14.05.19 13:08 477
Türkiyənin Samsun şəhərində 1919 metr uzunluğunda bayraqla yürüş keçirilib
Türkiyənin Samsun şəhərində 2019-cu ilin bahar oyunları festivalının açılışı olub.
AZƏRTACxəbər verir ki, Türkiyədə milli qurtuluş mübarizəsinin başlanmasının 100-cü ildönümü münasibətilə keçirilən festivalın açılışında 1919 metr uzunluğunda Türkiyə bayrağı ilə yürüş keçirilib.
Qeyd edək ki, mayın 19-da Türkiyədə milli qurtuluş mübarizəsinin 100-cü ildönümü dövlət səviyyəsində təntənə ilə qeyd olunacaq. Yüz il əvvəl Türkiyə dövlətinin banisi Mustafa Kamal Paşa Samsun şəhərinə gələrək ölkəni işğaldan xilas etmək üçün xalqı səfərbər edib. Bu şərəfə Türkiyədə 19 may Atatürkü anma, gənclik və idman bayramı kimi qeyd olunur.
banner

Oxşar Xəbərlər