• çərşənbə axşamı, 16 aprel, 17:19
  • Baku Bakı 19°C

Türkiyənin neft idxalı azalıb

28.01.19 14:15 443
Türkiyənin neft idxalı azalıb
Türkiyənin neft və neft məhsulları idxalı ötən ilin noyabr ayında azalıb.
AZƏRTACxəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, noyabrda Türkiyənin ümumi neft və neft məhsulları idxalı əvvəlki ayla müqayisədə 19,3 faiz azalaraq 2 milyon 552 min ton olub. Ölkənin xam neft idxalı isə 24,2 faiz azalaraq 1 milyon 139 min ton təşkil edib.
Noyabrda Türkiyə ən çox xam nefti 322 min ton olmaqla İraqdan idxal edib, bu ölkəni 225 min ton ilə Qazaxıstan və 216 min tonla Rusiya izləyib.
banner

Oxşar Xəbərlər