• cümə, 19 Aprel, 22:14
  • Baku Bakı 24°C

Türkiyənin müxalif partiyaları Gülün prezidentliyə namizədliyini irəli sürə bilərlər

24.04.18 11:10 476
Türkiyənin müxalif partiyaları Gülün prezidentliyə namizədliyini irəli sürə bilərlər
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) və "İYİ Parti" seçkilərdə vahid namizəd kimi sabiq dövlət başçısı Abdullah Gülün prezidentliyə namizədliyini irəli sürə bilərlər.
Trend-in məlumatına görə, həftəsonu CHP və "İYİ Parti" A.Gülün prezidentliyə namizədliyini elan edə bilərlər.
A.Gül isə bu informasiyanı hələ şərh etməyib.
Xatırladaq ki, Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri bu il iyunun 24-də keçiriləcək.
banner

Oxşar Xəbərlər