• cümə axşamı, 28 mart, 23:35
  • Baku Bakı 13°C

Türkiyənin “Milliyet” qəzetində Ulu Öndərə həsr olunan məqalə dərc edilib

10.05.19 22:11 525
Türkiyənin “Milliyet” qəzetində Ulu Öndərə həsr olunan məqalə dərc edilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Türkiyənin "Milliyet” qəzetində Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin məqaləsi dərc olunub.
AZƏRTACxəbər verir ki, məqalədə Azərbaycanın inkişafında və dünyanın qabaqcıl ölkələri arasında yer tutmasında Ümummilli Liderin əvəzsiz xidmətləri qeyd edilib.
Baş konsul müasir Azərbaycan Respublikasının qurucusu, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevi onun dünyaya əmanət etdiyi əsərləri ilə yad etməyin hər birimizin borcu olduğunu qeyd edib. O, Azərbaycanın müstəqil dövlət olaraq inkişaf etməsi, güclənməsi və dünya dövlətləri sırasında qürurla yerini tutmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, zəngin idarəçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyev bir çox sahələrdə olduğu kimi, müasir Azərbaycan diplomatiyasının da qurucusudur.

banner

Oxşar Xəbərlər