• şənbə, 27 Aprel, 07:46
  • Baku Bakı 12°C

Türkiyənin milli müdafiə naziri Azərbaycandadır

11.09.14 10:38 899
Türkiyənin milli müdafiə naziri Azərbaycandadır
Türkiyənin milli müdafiə naziri İsmet Yılmaz Bakıda səfərdədir.
APA-nın verdiyi məlumata görə, sentyabrın 10-da Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyində nazirin şərəfinə ziyafət verilib.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatlar, iş adamları və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edib.
Bakıda keçirilən Beynəlxalq müdafiə sənayesi - "ADEX 2014"-də iştirak üçün Azərbaycana səfər etdiyini deyən nazir qeyd edib ki, Azərbaycanla müdafiə sahəsində olan münasibətlərdən çox razıdır və bu münasibətlər yaxın gələcəkdə daha da inkişaf etdiriləcək
banner

Oxşar Xəbərlər