Türkiyənin Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin nümayəndə heyəti BDU-da olub
Bakı
Dövlət Universitetində Türkiyənin Heydər Əliyev adına Anadolu texniki-peşə
liseyinin nümayəndə heyəti ilə növbəti görüş keçirilib. Adıçəkilən liseyin
müəllim və şagird kollektivini universitetdə görməkdən məmnunluğunu ifadə edən
rektor, akademik Abel Məhərrəmov son illər respublikamızda təhsil sahəsində
qazanılan uğurlardan, bu istiqamətdə qardaş Türkiyə ilə ölkəmiz arasında mühüm
əlaqələrin yaranmasından bəhs edib. Rektor Bakı
Dövlət Universiteti nəzdində fəaliyyət göstərən "Gənc istedadlar” liseyi ilə
Heydər Əliyev adına Anadolu texniki-peşə liseyi arasında əlaqələrin yaradılması
məqsədilə 2016-cı ildə imzalanmış memorandumu xatırladıb. Bildirib ki, ötən
müddət ərzində əlaqələr inkişaf edib, hər iki liseyin nümayəndələri qarşılıqlı
səfərlər edib, tədris prosesi ilə tanış olublar. Rektor onu da deyib ki, Serda
Erkekin rəhbərlik etdiyi nümayəndə heyəti liseydə olduqları müddət ərzidə müəllimlərin
mühazirələrini dinləyib, Azərbaycan və rus dilində keçirilən açıq dərslərdə
iştirak edərək şagirdlərin bilik səviyyələri ilə yaxından tanış olmaq imkanı
qazanıblar.
"Gənc istedadlar”
liseyinin direktoru, professor Qasım Hüseynov nümayəndə heyəti ilə keçirilən
görüşlər, o cümlədən yaxın gələcəkdə Heydər Əliyev
adına Anadolu texniki-peşə liseyinə nəzərdə
tutulan səfər barədə məlumat verib.
Heydər
Əliyev adına Anadolu texniki-peşə liseyinin müəllimi, nümayəndə heyətinin rəhbəri Serda Erkek keçirilən
görüşləri yuksək dəyərləndirib və əlaqələrin daha da inkişafı istiqamətində
səmərəli addımlar atılacağını bildirib.
Tədbir lisey şagirdləri Xaqani Qasımov və Hüseyn Yaylacının çıxışları
ilə yekunlaşıb.