• cümə, 19 Aprel, 15:46
  • Baku Bakı 25°C

Türkiyənin hərbi təyyarələri və helikopterləri Azərbaycanda

18.09.14 20:57 1250
Türkiyənin hərbi təyyarələri və helikopterləri Azərbaycanda
İrimiqyaslı birgə taktiki təlimlərin növbəti mərhələsində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri və helikopterləri Azərbaycana gəlib.
Müdafiə Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, sentyabrın 19-da keçiriləcək təlimlərin növbəti mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən, “MiQ-29”, “F-16” qırıcıları, “Su-25”, “C-130 Herkules” hərbi-nəqliyyat təyyarələri, “Mi-24”, “AH-1W Super Cobra” döyüş və “Mi-17”, “Sikorski UH-60” döyüş-nəqliyyat helikopterləri iştirak edəcək.
Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən havadan zərbələr endirməklə, yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetiriləcək.
Hərbi təyyarələr və helikopterlər gəlməkdə davam edir.
banner

Oxşar Xəbərlər