• cümə, 26 Aprel, 01:00
  • Baku Bakı 16°C

Türkiyənin Hərbi Akademiyasında “Xocalı soyqırımı” mövzusunda elmi iş müdafiə olunub

07.12.16 18:24 744
Türkiyənin Hərbi Akademiyasında “Xocalı soyqırımı” mövzusunda elmi iş müdafiə olunub
Türkiyəli gənc tədqiqatçı Derya Yıldız Özkaraman "Xocalı soyqırımı” mövzusunda elmi işini uğurla müdafiə edib.
Tədqiqatçının Türkiyə Hərbi Akademiyasının Strateji Araşdırmalar İnstitutunda müdafiə etdiyi elmi iş kitab şəklində də nəşr olunub. D.Özkaramanın elmi rəhbəri və 265 səhifədən ibarət kitabın redaktoru Azərbaycan əsilli professor Aygün Əttardır.
Xocalıda baş verənləri "bir türk soyqırımı, bir erməni vəhşiliyi, bir axmayan göz yaşı” kimi səciyyələndirən tədqiqatçı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb, məqsəd və nəticələri barədə ən yeni materialları tədqiqata yönəldib. Xocalı faciəsinin bəşəri cinayət və soyqırımı aktı olduğunu hüquqi cəhətdən əsaslandırıb. Soyqırımı aktlarının qadağan olunması barədə beynəlxalq təşkilatların qərar və qətnamələrini, münaqişələr zamanı dinc əhalinin toxunulmazlığını və digər məqamları ətraflı təhlil edib.
Elmi işin və nəşrin əhəmiyyəti barədə fikir və mülahizələriniAZƏRTAC-a bölüşən professor A.Əttar diqqətə çatdırıb ki, "Xocalı soyqırımı” mövzusunda elmi işin Türkiyədə müdafiə olunması və kitab halında nəşri bu ölkənin elmi ictimaiyyətinin Xocalı faciəsini soyqırımı aktı kimi qəbul etməsinin hüquqi baxımdan daha bir təsdiqidir. Türkiyə Hərbi Akademiyası dünya şöhrətli elm ocağı olaraq erməni vandalların Xocalıda törətdikləri qanlı hadisənin soyqırımı aktı kimi qəbul etməklə öz qərarını ortaya qoyub.
banner

Oxşar Xəbərlər