• cümə, 19 Aprel, 04:46
  • Baku Bakı 18°C

Türkiyənin futbol millisi Bakıya gəlir

30.10.13 14:32 1313
Türkiyənin futbol millisi Bakıya gəlir
Türkiyənin 19 yaşadək qızlardan ibarət futbol millisi gələn ay ölkəmizə gələcək. Apasport.az saytının məlumatına görə, qardaş ölkə yığması Bakıda Patrisiya Qonzalesin rəhbərlik etdiyi U-19 ilə yoldaşlıq oyunları keçirəcək.
Türklər səfər müddətində millimzlə 2 yoldaşlıq oyunu keçirəcək. Həmin qarşılaşmalar noyabrın 26-sı və 28-də baş tutacaq.
Qeyd edək ki, bu ayın əvvəllərində Türkiyənin 15 yaşadək qız millisi yeni yaradılmış müvafiq yığmamızla Bursada 2 yoldaşlıq oyunu keçirmişdi. Bunların birincisində meydan sahibləri (4:2), ikincisində qonaqlar (2:1) qalib gəlmişdi.
banner

Oxşar Xəbərlər