• çərşənbə axşamı, 19 mart, 07:35
  • Baku Bakı 8°C

Türkiyənin Ərzurum Universitetində Azərbaycana aid möhtəşəm mərasim təşkil edilib

16.06.19 12:21 915
Türkiyənin Ərzurum Universitetində Azərbaycana aid möhtəşəm mərasim təşkil edilib
Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümü, Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ərzurumda təntənəlim mərasim keçirilib.
AZƏRTACxəbər verir ki, Ərzurum Universitetində təşkil olunan mərasimdə bu təhsil ocağının kollektivi, Ərzurum şəhərinin rəhbər şəxsləri, yerli ictimaiyyətin tanınmış simaları, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Qarsdakı baş konsul Nuru Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və süqutu, diplomatik orqanlarımızın təsis edilməsi və keçdiyi yol, Naxçıvanın muxtarıyat statusunun qazanılması məsələlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edən natiq diqqətə çatdırıb ki, 15 iyun-Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində yeni bir eranın başlanğıcıdır.
Açılışdan sonra "Şərur” Xalq Yallı Ansamblının möhtəşəm ifası iştirakçıların bayram ovqatın daha da yüksəldib.
Sonra iki qardaş ölkəyə həsr edilmiş rəsm sərgisinə baxış olub.
banner

Oxşar Xəbərlər