• cümə, 19 Aprel, 11:22
  • Baku Bakı 13°C

Türkiyənin Ədalət və İnkişaf Partiyasının yaranmasından 19 il ötür

13.08.20 15:30 876
Türkiyənin Ədalət və İnkişaf Partiyasının yaranmasından 19 il ötür
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 19 illiyi qeyd olunur. Bu münasibətlə Ankarada AKP-nin vilayət partiya təşkilatlarının sədrlərinin toplantısı keçirilib.
AZƏRTACxəbər verir ki, Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan toplantıda çıxış edib. Ədalət və İnkişaf Partiyası hakimiyyətinin Türkiyə həyatına gətirdiyi yeniliklərdən bəhs edən dövlət başçısı əminliklə bildirib ki, iqtisadi inkişaf, əhalinin rifahının yüksəlişi, beynəlxalq mövqelərin möhkəmlənməsi, xarici siyasətin dəyişməzliyinin qorunması bundan sonra da davam edəcək.
Türkiyənin heç bir ölkənin haqqında gözü olmadığını diqqətə çatdıran Prezident vurğulayıb: "Biz heç bir haqqımızın və hüququmuzun pozulmasına imkan verməyəcəyik. Türkiyə Aralıq dənizindəki özünün ərazi sularına sahib çıxmaqda israrlıdır və bu məsələdə heç kimə güzəşt edilməyəcək”.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və digər dövlət başçıları ilə davamlı təmasda olduğunu ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin xarici siyasətinin təməlini dialoq və danışıqlar təşkil edir.
Yeni tip koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərindən bəhs edən dövlət başçısı əhaliyə müraciət edərək bildirib ki, maska taxmaq, təmizlik və sosial məsafə qaydalarına əməl etmək vətəndaşlıq məsuliyyətidir. İnfeksiyadan qorunmaq yeni sosial həyatın tələbləridir.
banner

Oxşar Xəbərlər